Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Erməni müğənni azərbyacanlı milyonçunun üzünə duracaq: Artıq Moskvadadır

Erməni müğənni azərbyacanlı milyonçunun üzünə duracaq: Artıq Moskvadadır
6-04-2021, 14:00 72 dəfə baxılıb

Erməni müğənni azərbyacanlı milyonçunun üzünə duracaq: Artıq Moskvadadır

















DogruXeber.az: - Erməni əsilli müğənni Avraam Russo azərbaycanlı milyonçu Telmana İsmayılovun əleyhinə ifadə vermək üçün Moskvaya gəlib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Telman İsmayılov Russonu oğurlatmaqda ittiham olunur.

Məlumata görə, Avraamla Kiprdəki restoranların birində tanış olan İsmayılov, sonradan onu Moskvaya dəvət edib. Russoya etdiyi sponsorluq nəticəsində, o, qısa zaman ərzində populyarlıq qazanıb. Bundan sonra isə İsmayılova xəyanət edərək onunla əməkdaşlığı dayandırıb.

Məşhur rusiyalı prodüser İosif Priqojin mətbuata verdiyi açıqlamada bu məsələylə bağlı maraqlı məqamlara toxunub.

Sitat: “Bu gün Avraam Russo onun kim olduğu, həqiqi soyadını və hansı millətə sahib olduğunu deməz. Əgər mən və Telman olmasaydı, Avraam Russo kim idi ki?! O, Suriyanın Hələb şəhərindən olan bir ermənidir. Adı Abraham Janoviç İpcanyandır. Telman onu Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib”.

Priqojin onu da qeyd edib ki, Rusiyaya gələn erməni Abraham İpcanyan adını dəyişərək Avraam Russo olub. 2001-ci ildən etibarən isə Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib.



“Telman İsmayılov onun kliplərinə ağlagəlməz miqdarda pullar xərclədi. Qısa müddətdə onu Rusiya şou-biznesinə təqdim etdi. Onun konsertlərində Rusiyanın mədəniyyət, incəsənət, siyasi elitasının nümayəndələrinin iştirakını təmin etdi. Konsertlərinə xeyli vəsait xərclədi”.

Yeri gəlmişkən Russo öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Onu da qeyd edək ki, hazırda Moskvada olan Avraam Russo güclü qoruma altındadır. Onun işinə isə paytaxtın Presnensk rayon məhkəməsi baxacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram