Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“UĞURLARIN DAVAMLI OLSUN, RÖVŞƏN…!”

“UĞURLARIN DAVAMLI OLSUN, RÖVŞƏN…!”
6-04-2021, 15:22 177 dəfə baxılıb

“UĞURLARIN DAVAMLI OLSUN, RÖVŞƏN…!”










DogruXeber.az: - Hər hansı bir dövlətin bayrağı iki halda qaldırılır və himni səsləndirilir: Həmin
dövlətin başçısı hansısa başqa bir ölkəyə rəsmi səfərə gedəndə – bir də idmançıları
beynəlxalq yarışlarda fəxri kürsünün birinci pilləsinə qalxanda.
İstər sovet dönəmində, istərsə də müstəqilliyimiz illərində şərəfinə bayraq qaldırılan
və himnimizi səsləndirən idmançılar arasında şəkili idmançılar da vardır. Stolüstü
tennisçilərimizin, gənc şahmatçılarımızın və əlbəttə ki, güləşçilərimizin nailiyyətləri buna
bariz nümunədir. Öz parlaq qələbələri ilə həmyerlilərini sevindirən və səsi-sorağı bütün
ölkəyə yayılan onlarla idmançılarımız vardır ki, bunlardan da biri dəfələrlə şəhər
çempionatlarının, Respublika birinciliklərinin və Beynəlxalq turnirlərin qalibi – Qoyçu –
Ryu-Kontak Karate idman növü üzrə Birinci Dan “Qara Kəmər” sahibi Həsənov Rövşən
Əli oğludur. 27 avqust 1983-cü ildə Şəki şəhərində ziyalı ailəsində doğulan Rövşən Həsənov
1990-cı ildə şəhər 4 saylı tam orta məktəbin birinci sinfinə getmişdir. Hələ lap kiçik
yaşlarından idmana olan böyük sevgisi 7 yaşında onu “Məhsul Kənd Könüllü İdman
Cəmiyyəti”nə gətirib çıxarır. Burada o, məşqçi Tahir müəllimin rəhbərliyi altında ŞotakanKarate-Do döyüş növünün sirlərini öyrənməyə başlayır. Dəfələrlə şəhər birinciliklərinin,müxtəlif turnirlərin qalibi və mükafatçısı olan gənc idmançı 2000-ci ildə orta məktəbi başa
vurur. 2001-2003-cü illər arasında ordu sıralarında xidmət edir. Hərbi xidmət dövründə də
idmandan ayrılmır. Dəfələrlə hissədaxili keçirilən yarışlarda mükafata layiq yerlər tutur.
Ordudan tərxis olunan Rövşən 2004-cü ildə Şəki Texniki Peşə Məktəbinə daxil olur
və “Turizm Agenti” ixtisası üzrə təhsil alır. 2006-cı ildə Peşə Məktəbini bitirərək
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar
İttifaqının Azərbaycan Respublika Komitəsi Mədəniyyət İşçiləri Evinin nəzdində fəaliyyət
göstərən jurnalistika kursuna daxil olur və 2007-ci ildə oranı bitirir.
2013-cü ildən məşqçi Habil Dadaşovun rəhbərliyi altında “Qafqaz” idman klubunda
peşəkar şəkildə məşğul olmağa başlayır və bir sıra turnirlərdə parlaq qələbələr qazanır.
Oxucularımız üçün də maraqlı olAr deyə, xroniki ardıcıllıqla onları təqdim edirik:
– 29 avqust 2013-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin
53 illiyinə həsr edilmiş və Şəkidə keçirilən turnirdə həmyerlimiz 85 kq çəki dərəcəsində
yarışın qalibi olur;
– 10 may 2014-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
91 illiyinə həsr edilmiş Kontakt – Karate döyüş növü üzrə şəhər çempionatında idmaçımız
yenə qalib gəlir;
– Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən 2017-ci ildə İmişli
rayonunda keçirilmiş Budo növləri MMA Kontakt sistemi üzrə Respublika Birinciliyində
Rövşən 95 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksən pilləsinə qalxır;
2019-cu ilin dekabr ayında Şəki Olimpiya Kompleksində keçirilən Ümumilli lider
Heydər Əliyev adına Beynəlxalq Turnirdə Rövşən Həsənov bütün rəqiblərinə qalib gələrək
95+ çəki dərəcəsində birinci yeri tutur və turnirin qalibi adını qazanır.
Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi yanında Şəki Gənclər və
İdman İdarəsi tərəfindən 9 oktyabr 2020-ci ildə birinci dərəcə və ustalığa namizəd kimi
təltif olunub. Rövşən ürəyində vətən sevgisi, el qeyrəti olan gənclərimizdəndir. O, 17.07.2020-ci il
tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon
Şöbəsinə ərizə ilə müraciət edərək könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək
istəyini bildirib. Lakin şöbədən ona gözləməyi və lazım olsa mütləq müraciət edəcəklərini
bildirmişlər.
Peşəkar idmançı hal-hazırda Çox Mübarizəli Döyüş Növləri “Qafqaz” idman
klubunun idarə heyətinin üzvüdür və ekspert vəzifəsində çalışır. Biz ona şəxsi həyatında
xoşbəxtlik, idman karyerasında isə daha böyük müvəffəqiyyətlər arzulayırıq. Qoy səsinsorağın həmişə uca zirvələrdən gəlsin, Rövşən!
P.S. Yazının sonunda dəyərli oxucularımıza maraqlı olar deyə, bir haĢiyə
çıxmaq istəyirəm. Belə ki, RövĢən Həsənov XIX əsrin tanınmıĢ maarifçi Ģəxslərindən
biri Molla Kazımın oğlu BaxĢəli Axundovun qız nəticəsidir. YaĢlı nəslin
nümayəndələri BaxĢəli Axundovu yaxĢı xatırlayırlar.
BaxĢəli Kazım oğlu Axundov ġəkinin tanınmıĢ ziyalılarından idi və Ģəhərimizdə
ilk Milli Dram Teatrının yaradıcılarından biri olub. Ġndiki Çingiz Mustafayev adına
klubun yerində yaratdığı teatrda həm direktor, həm də müxtəlif rolların ifaçısı olub.
O, bir çox məsul vəzifələrdə iĢləyib. ġəki Pedaqoji Məktəbinin direktoru, ġəki Musiqi
Texnikumunun müdiri olub. ġəki DiyarĢünaslıq Muzeyinin təĢkilində böyük əməyi
olub və oranın rəhbəri kimi muzey eksponatlarının zənginləĢdirilməsində əlindən
gələni əsirgəməyib.
Hamının hörmətlə BaxĢəli əfəndi deyə müraciət elədiyi bu insanın qüdrətli
sənətkar, SSRĠ Xalq artisti, həmyerlimiz Ġsmayıl Osmanlının yetiĢməsində böyük
əməyi olmuĢdur. O, dramaturq Cəfər Cabbarlı ilə də çox yaxın olmuĢdur. BaxĢəli
Axundov 3 oğul və 3 qız atası olub. Qızı Diləfruz Axundova 1942-ci ildə ġəki
Pedaqoji Texnikumunu qurtarıb və 1945-1988-ci illər ərzində Ģəhərin müxtəlif
məktəblərində müəllim iĢləyib. Fəaliyyətinin böyük hissəsi təhsil aldığı Ģəhər
5 nömrəli orta məktəblə bağlı olan Diəfruz xanım Azərbaycanın “Əməkdar
müəllimi” fəxri adına layiq görülüb.
Ġdman uğurlarına ürəkdən sevindiyimiz RövĢən Əli oğlu Həsənov belə bir nəslin
nümayəndəsi və davamçısıdır.
Elxan Çələbi
“Region Mediası” qəzetinin xüsusi müxbiri
“UĞURLARIN DAVAMLI OLSUN, RÖVŞƏN…!”





























“UĞURLARIN DAVAMLI OLSUN, RÖVŞƏN…!”




















“UĞURLARIN DAVAMLI OLSUN, RÖVŞƏN…!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram