Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Məhkəmənin qanunsuz qərarı ilə mülkiyyət hüququm pozulub" - Ali Məhkəmənin hakimindən narazılıq

7-04-2021, 17:16 73 dəfə baxılıb

"Məhkəmənin qanunsuz qərarı ilə mülkiyyət hüququm pozulub" - Ali Məhkəmənin hakimindən narazılıq







“Qardaşımın oğlu ailə həyatı quranda imkansız idilər. Onlara yaşamaları üçün öz evlərimdən birini verdim. Sonra boşandılar. İndi həmin qadın evimə qarşı iddia qaldırıb. Yaxşılıq etdiyim yerdə başıma belə bir oyun gəldi. Məhkəmələr isə süründürməçiliklə məşğuldur”.

Bunu Musavat.com-a müraciətində Səadət Zeynalova deyib.

Bildirib ki, qardaşı oğlu Ceyhun Quliyev 2014-cü ildə Şəhla Mirzəli ilə ailə həyatı qurub. Qardaşının maddi vəziyyəti yaxşı olmadığı üçün Xəzər rayonu, Binə qəsəbəsindəki torpaq sahəsində olan və övladları üçün tikdirdiyi 4 evdən birini onlara verib.

Bir neçə il sonra qardaşının oğlu boşanıb. Bundan sonra Şəhla Mirzəli onun evinə qarşı iddia qaldırıb.

“Şəhla Mirzəli Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq mənzilə köçürülməsini tələb etdi. Mənim də mənzilə dair mülkiyyət hüququm olmadığından məhkəmə iddianı təmin etdi. Lakin məhkəmə qətnaməsində qeyd edilir ki, köçürülmə müvəqqəti xarakterlidir. Gələcəkdə mülkiyyət hüququnun olması mənzildən çıxarılmaq üçün əsasdır. Yəni, mən evim üçün çıxarış alacağım təqdirdə digər şəxs evimdən çıxarılmalı idi”,- deyə Səadət Zeynalova müraciətinə əlavə edir.

Məhkəmə çəkişməsi davam edən ərəfədə Səadət Zeynalova torpağının bir hissəsini Nizami Nəcəfova satıb.

Bu zaman Nizami Nəcəfov da üçüncü tərəf kimi işə qoşulub və torpaq sahəsini tələb edib.

“Birinci instansiya məhkəməsi Nizami Nəcəfovun iddiasını rədd etdi. Amma Bakı Apelyasiya Məhkəməsi iddianı təmin etdi.

Lakin iş bununla da bitmədi. Qarşı tərəf- Şəhla Mirzəli Ali Məhkəməyə müraciət etdi. Onun şikayəti qismən təmin edildi və Nizami Nəcəfovun iddiası rədd edildi. Ali Məhkəmə qərarda yazır ki, Nizami Nəcəfov torpaq sahəsini alarkən üzərində olan tikilidən məlumatlı idi və ora Şəhla Mirzəlinin məhkəmə qərarı ilə köçürüldüyünü, orada yaşadığını bilirdi. Ali Məhkəmənin hakimi Mehparə Əhmədova qeyd etdi ki, qız orda yaşayırdı və sən bunu bilə-bilə almısan. Ona görə də Nizami qızı çıxarmaq istəyirsə, ona kompensasiya versin. Yəni yenə də mənə münasibətdə kompensasiya məsələsi yox idi. Hətta Ali Məhkəmənin hakimi Mehparə Əhmədova öz qərarında yazıb ki, Nizami Nəcəfov alqı-satqını ləğv də edə bilər.

Daha sonra alqı-satqı pozuldu və tərəflər əvvəlki vəziyyətinə qayıtdılar. Yəni torpaq sahəsi tam olaraq mənim mülkiyyətimə keçdi. Mən də qanunvericiliyə uyğun mənzillərə çıxarış aldım. Ali Məhkəmənin hakimi Mehparə Əhmədovanın gəldiyi hüquqi nəticə tamamilə qanunsuz olduğundan mənim öz mülkiyyətimdən sərbəst istifadə və sərəncam hüququmu məhdudlaşdırıb. Həmin qanunsuz və qərəzli mövqeyi bu gün Xəzər rayon Məhkəməsinin hakimi Emin Məmmədli davam etdirir”,- deyən Sədaət Zeynalova yenə də hüquqlarını bərpa edə bilmədiyini söyləyir.

Onun sözlərinə görə əlində rəsmi çıxarışlar olduğu halda özünə məxsus evdən Şəhla Mirzəlinin çıxarılmasına nail ola bilmir:

“Şəhla Mirzəlinin evdən çıxarılması tələbinə dair iddia verdim. Mən iddia verəndən 5-6 ay sonra Şəhla Mirzəli digər bir şəxslə ailə həyatı qurub və onun evinə köçüb. Həmin şəxsdən də bir uşağı var. Rəsmi nikah olmasa belə qızın polisə verdiyi izahatda ailəli olduğu, digər şəxsin evində yaşadığı etiraf edilib.

Ali Məhkəmənin birinci qərarında Şəhla Mirzəlinin evimə köçürülməsi mən çıxarış alana qədər müvəqqəti xarakter daşıyır. Amma ikinci dəfə Ali Məhkəmənin qərarında Nizami Nəcəfova münasibətdə çıxarılan qərarda əsas gətirilir ki, guya mən Şəhla Mirzəlini evdən çıxaracağım halda kompensasiya verməliyəm.

Aydın məsələdir ki, Ali Məhkəmənin həmin qərarında üçüncü şəxsə- Nizami Nəcəfova münasibətdə kompensasiya məsələsi göstərilib. Nizami Nəcəfov isə torpağı mənə- sahibinə geri qaytarıb. Həm də o zaman bizim ev özbaşına tikili sayılırdı. Özbaşına tikiliyə isə istifadə hüququ tanına bilməz. Ali Məhkəmənin bu qərarı qanunsuzdur. Ortada iki ziddiyyətli qərar var. Məhkəmə yanlış nəticəyə istinad edərək mənim mülkiyyət hüququmu pozub.

Ali Məhkəmənin üçüncü şəxsə münasibətdə qərarı olduğu halda Şəhla Mirzəlinin mənim evimdən çıxarılması üçün qanunvericiliyə uyğun olaraq Xəzər Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə iddia tələbini təmin etmədi və qətnaməni Ali Məhkəmənin sonuncu qərarına əsasən qəbul elədi. Yəni mən Şəhla Mirzəliyə kompensasiya ödəməliyəm. Ali Məhkəmənin hakimi Mehparə Əhmədovanın qanun pozuntusu ilə çıxardığı qərar Xəzər Rayon Məhkəməsinin hakimi Emil Məmmədlinin də qanunsuz qərar qəbul etməsinə gətirib çıxardı.

Qeyd edim ki, Şəhla Mirzəli mənim qardaşımın keçmiş gəlini olub. Mənim ailə üzvüm deyil və olmayıb. Onun mənə məxsus mənzilə istifadə hüququ heç vaxt yaranmayıb.

Təbii ki, Xəzər Rayon Məhkəməsinin hakimi Emin Məmmədlinin əsassız qətnaməsindən yuxarı instansiyaya şikayət etmişəm. Ümid edirəm ki, yuxarı instansiya məhkəməsi şikayətimi ədalətli və obyektiv şəkildə araşdıracaq. Qanunsuz qətnamə ləğv ediləcək və mülkiyyətim mənə təhvil veriləcək.

Şəhla Mirzəli evə köçürüldükdən sonra ailə qurub və həmin evdən könüllü şəkildə çıxıb. Artıq digər nikahından övladı var. Əvvəllər məhkəmələr deyirdi ki, onun yaşamağa yeri yoxdur. Amma indi var axı. Bu qədər ədalətsizlik olmaz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram