Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Vaksinasiya icbari xarakter ala bilər - AÇIQLAMA

Vaksinasiya icbari xarakter ala bilər - AÇIQLAMA
7-04-2021, 18:16 49 dəfə baxılıb

Vaksinasiya icbari xarakter ala bilər - AÇIQLAMA






Hələlik vaksinasiya könüllü şəkildə aparılır. Lakin epidemoloji vəziyyət təhlükəli bir həddə çatsa, əlbəttə ki, vaksinasiya icbari xarakter də ala bilər.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, hələlik məcburi vaksinasiya məhdud şəxslər arasında aparılır:

“Lakin vəziyyət o həddə çatsa, uşaqlar, gənclər və digər yaş qrupları arasında da vaksinasiya məcburi qaydada aparıla bilər. Yəni bu, tamamilə situasiyadan asılıdır. O ki qaldı vaksinasiya olunmuş şəxslərə imtiyazların verilməsinə, deyə bilərəm ki, hələlik belə bir şey nəzərdə tutulmur. Lakin ümumillikdə belə bir imtiyaz tədbiq olunsa, əlbəttə ki, vaksinasiya olunan şəxslər nəzərə alınacaq. Çünki vaksin vurduran şəxslərdə təxminən 42 gün sonra immunitet formalaşır. Belə şəxslərin SMS-icazə sistemi şəraitində sərbəst hərəkətinə göz yummaq olar. Lakin bir məqamı da qeyd etməliyəm ki, belə bir sistemi tədbiq edilsə, gərək neqativ hallarda nəzərə alınsın ki, özbaşınalıq olmasın. Yəni qanunsuz şəkildə arayış alıb küçəyə çıxmaq hallarının qarşısının alınması üçün öncədən tədbirlər görülməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram