Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Millimizin dünya birinciliyi üçün heyəti açıqlandı

Millimizin dünya birinciliyi üçün heyəti açıqlandı
10-04-2021, 15:40 78 dəfə baxılıb

Millimizin dünya birinciliyi üçün heyəti açıqlandı
















Aprelin 13-də Polşanın Keltse şəhərində start götürəcək boks üzrə gənclər arasında dünya birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, yığma 11 gün davam edəcək mundialda oğlanların mübarizəsində qüvvəsini sınayacaq.

Komanda səfərə baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 idmançı ilə yollanıb. Medallar uğrunda Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq), Cəlal Qurbanov (60 kq), Elmir Novruzov (64 kq), Samir Nəsirov (69 kq), Cəfər Heydərli (75 kq), Murad Allahverdiyev (81 kq) və Əsəd Baxışov (91 kq) gücünü yoxlayacaq. Boksçular yarış öncəsi koronavirus testindən keçib və bütün nəticələr neqativ olub.

Dünya çempionatında 66 ölkədən 487 (160 qız, 327 oğlan) boksçunun iştirakı gözlənilir. Bu, 3 il əvvəl baş tutan analoji yarışla müqayisədə daha yüksək rəqəmdir. 66 iştirakçı ölkədən Bəhreyn, Banqladeş, Mərkəzi Afrika Respublikası, Konqo DR, İslandiya, Sent-Lüsiya, Syerre-Leone və Esvatini yarışda debüt edəcəklər.

Qeyd edək ki, aprelin 22-də qızların yarışında, ertəsi gün oğlanların mübarizəsində final görüşləri gerçəkləşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram