Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Uduzmağımızın əsas səbəbi azarkeşlərin olmamasıdır"

10-04-2021, 16:12 80 dəfə baxılıb

"Uduzmağımızın əsas səbəbi azarkeşlərin olmamasıdır"



















"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının bu mövsüm qarşılaşdığı çətinliklərdən danışıb.

Qol.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matçlara azarkeş buraxılmamasının "mersisaydlılar"a mənfi təsir etdiyini vurğulayıb:

"Bir çox komanda problemlə qarşılaşdı. Həm də ev oyunlarımızın hamısını qazana bilməməyimizin səbəbi kifayət qədər yaxşı oynamadığımızdır. Bəzi ev oyunlarında düşünürdüm ki, tribunada azarkeşlər olmasa da, bu görüşdə mütləq qalib gələcəyik. Ancaq bu, belə olmadı. Premyer Liqadakı son altı ev oyunumuzda məğlub olduq. Heyrətlidir! Biz bu durumu dəyişdirməliyik. Ancaq belə şeylər yalnız məşq zamanı dəyişdirilə bilməz, sadəcə düzgün tənzimləməliyik. Ev oyunlarında niyə bu qədər güclü olduğumuzu uzun müddət heç kim anlaya bilmədi. Ən azından nəticə baxımından. Bu məğlubiyyətləri indi izah etmək asan deyil, amma əsas səbəb azarkeşimizin az olmasıdır. Evdə boş tribunalarla çox yaxşı matçlar keçirdiymiz də olub. İndi bu çıxışı təkrar etməliyik".

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 49 xalla 7-cidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram