Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

MTK rəhbərliyi Abutalıbovu niyə hədəfə aldı? - İLGİNC

MTK rəhbərliyi Abutalıbovu niyə hədəfə aldı? - İLGİNC
12-04-2021, 12:52 94 dəfə baxılıb

MTK rəhbərliyi Abutalıbovu niyə hədəfə aldı? - İLGİNC





Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevlə bağlı cinayət işində adı keçən “FF 2011” MTK-nin rəhbəri Tamilla İbrahimovanın müsahibəsindən sonra diqqət yenidən bu məsələyə yönəlib.

DgruXeber.az HİT.Az-a istinadən xəbər verir ki, Tamilla İbrahimovanın müsahibəsi faktiki olaraq Rasim Quliyevi müdafiə xarakteri daşıyır.

Hər halda MTK rəhbəri müsahibəsində sənədlərin düz olduğunu, Rasim Quliyevə sənədi imzalamasını həmin vaxt Bakı meri postunu tutan Hacıbala Abutalıbovun tapşırdığını deyib: “Bütün sənədlərimizdə Bakı şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır”.

Rasim Quliyevin həbs olunması ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Rasim Quliyevin BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Məlumatda MTK-nın istintaqa cəlb olunub-olunmaması barədə hər hansı qeyd olmasa da, əslində Rasim Quliyevlə bağlı cinayət işində “FF 2011” MTK da əsas fiqurantdır.

“FF 2011” MTK 02 iyun 2011-ci il tarixdə qeydiyyata alınıb. MTK-nın nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 220-də yerləşən şirkətin qanuni təmsilçisi Axundzadə Toğrul Sahib oğludur. Onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Ehtimal olunur ki, Toğrul Axundzadə proksi fiqurdur. “FF 2011” MTK ilə bağlı qalmaqallarda da əsasən Tamilla İbrahimovanın önə çıxması bu qənaəti yaradır.

Bu şirkət hələ “Qış Bulvarı” layihəsində gündəmə gəlmişdi. Həmin ərazidə yaşayan sakinlər iddia edirdilər ki, “FF 2011” MTK bu ərazinin altını üstünə çevirib. Onların sözlərinə görə, şirkət hasarlanmış ərazidə göydələn tikir.

Növbəti qalmaqal isə Rasim Quliyevin həbsinə səbəb olan, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi ilə bağlıdır.

Həmin vaxt bu ərazidə yaşayan sakinlər “FF 2011”dən çoxsaylı şikayətlər edib. “”FF 2011” MTK bizim köçürülməyimizi təmin etməli idi. Kooperativ rəhbərləri bizimlə görüşdülər və məsələni “sülh yolu ilə” həll edəcəklərinə söz verdilər. Bəzilərinə layiqli təzminat vəd edildi. Digərlərinə evimizin yerində tikiləcək yeni bir binada mənzil veriləcəyi deyildi. Ancaq hamısı yalan oldu”, – deyə sakinlər bildirib.

Bu azmış kimi MTK sakinlərin binada yaşamalarına baxmayaraq söküntü işlərinə başlayıb. Nəticədə mənzillər yarasız hala düşüb. “Bütün binanın konstruskiyası deformasiyaya məruz qalıb. Su təchizatı, elektrik enerjisi və qaz təchizatı yararsız hala gətirilib”, – deyə bina sakinləri bildirib.

Sakinlər dəymiş ziyanın ödənilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə sakinlərin xeyrinə qərar çıxarsa da, şirkət hər vəchlə təzminatı ödəməməyə çalışıb. “FF 2011” MTK qərardan şikayət versə də, yuxarı instansiyalar Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıblar.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyi ekspertiza keçirərək, söküntü işlərinin təhlükəsizlik standartlarının pozulması ilə aparıldığını müəyyənləşdirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti 31 may 2019-cu il tarixli sərəncamını – “FF-2011”-ə bu ərazidə ticarət mərkəzi tikmək hüququ verən sənədi ləğv edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tarixi binaya ziyan vuran “FF-2011” MTK-nın rəhbərlərinə qarşı cinayət işi başlanılması tələbi ilə Baş Prokurorluğa müraciət edib.

Bu baxımdan, “FF 2011” MTK nə qədər çalışsa da, məsuliyyətdən yayına bilməyəcək. Tamilla İbrahimova preventiv tədbir kimi müsahibə verərək əslində hədəf olaraq Bakı meri Hacıbala Abutalıbovu göstərsə də, özünü qoruya biləcəyi inandırıcı görünmür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram