Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cəlilabadda qəribə olay... - İDDİA

Cəlilabadda qəribə olay... - İDDİA
12-04-2021, 16:03 157 dəfə baxılıb

Cəlilabadda qəribə olay... - İDDİA










Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.

Bəli, bələdiyyələr müstəqil qurum olaraq sərbəst şəkildə fəaliyyət göstərməlidir. Lakin Cəlilabad rayon Maşlıq kənd bələdiyyəsi nəinki müstəqil, ümumiyyətlə hansı orqana, hansı təşkilata xidmət edir məlum deyil.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Maşlıq kənd bələdiyyəsinin sədri Vasif Həsənov hazırda iki mühüm vəzifəni icra edir. Mənbənin sözlərinə görə, bələdiyyə sədri hazırda Nizami Alişanov adına orta məktəbin tarix müəllimidir. Eyni zamanda Maşlıq kənd bələdiyyəsinin sədridir. Təbii ki, bələdiyyə sədri öz işində ciddi olmalı və kənd sakinləri ilə bütün hallarda təmasda olmalıdır.

Bələdiyyənin nizamnaməsi bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilir. Yeni təyin olunan bələdiyyə sədri isə saymazyana istədiyi formada qərər qəbul edir, yaxın adamları ilə məsləhətləşdikdən sonra özünü xırda padşah kimi göstərməyə çalışır. Əslində, Nizami Həsənov təcili formada təhsil sahəsindən kənarlaşdırmalı və vəzifəsini icra etməli idi. Görünür, bələdiyə sədri Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova ilə lazımı qaydada anlaşıb.

Onsuzda acınacaqlı durumda olan rayon təhsili hər zaman bəzi “müəllimlər” tərəfindən gəlir mənbə kimi idarə olunub. Amma tarix müəllimin bir gün belə məktəbdə olmamağı, tarix fənn üzrə şagirdlərə dərs keçməməyi gələcəyimizə ən böyük zərbədir. Onu da nəzərinizə çatdıraq ki, məsələ ilə əlaqədar istər təhsil şöbəsinə, istərsədə Təhsil Nazirliyinə ciddi suallar ünvanlanacaq. Çox istərdik ki, gələcəyimiz naminə suallara Təhsil Naziri Emin Əmirullayev cavab versin. Mövzüya yenidən qayıdacayıq…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //DOSYE.ORG//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram