Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
13-04-2021, 10:42 78 dəfə baxılıb

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!










Oqtay Şirəliyev Səhiyyə naziri təyin ediləndən Azərbaycan səhiyyəsinin inkişafı dalana dirənib. Azərbaycan səhiyyəsinin acınacaqlı durumda olması barədə çox yazılıb. Koronavirus pandemiyası dövründə isə bu özünü daha açıq şəkildə biruzə verdi. Pandemiyanın hələ ilk günlərindən məlum oldu ki, Azərbaycan səhiyyəsi probemin qarşısında acizdir. Ötən gün yayılan bir məlumat da dediklətimizi təsdiq edir. Söhbət türkiyəli iş adamı Surur Aydının Azərbaycanda koronavirusa yoluxmasından gedir. Anaxeber.info yazır ki, Türkiyə KİV-inin yaydığı məlumata görə, iş adamı, toxum istehsalı və ixracı ilə məşğul olan Surur Aydın ixracla bağlı danışıqlar aparmaq üçün Azərbaycanda səfərdə olarkən Bakıda koronavirusa yaxalanıb. Gaziantepdə fəaliyyət göstərən şirkətin sahibi olan Aydın özünü pis hiss edib və Bakıdakı xəstəxanalardan birinə müraciət edərək test verib. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb. Surur Aydın Bakıda müalicə olunmaq istəməyib və müalicəsinin Türkiyədə aparılmasını istəyib. Türkiyə İxracatçılar Məclisinin başqanı İsmayıl Güllenin təşəbbüsü ilə onun ölkəsinə aparılması üçün Türkiyənin Səhiyyə Nazirliyi ambulans-təyyarə ayırıb. Təyyarə ilə Bakıdan Gaziantepə aparılan Surur Aydın orada xəstəxanaya yerləşdirilib. İş adamının Azərbaycanda koronavirusa yoluxması bir yana, onun ölkəmizin səhiyyəsinə etibar etməməsi utancverici haldır. Oqtay Şirəliyevin bu barədə düşünəcəyi inandırıcı görünmür. Amma ölkə rəhbərliyinin nəhayət, səhiyyə kimi məsuliyyətli sahəyə ciddi diqqət ayırmasının vaxtı çatıb. Yoxsa bu sahəyə məsul olanların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan biabır olmaqda davam edəcək.//Anaxeber.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram