Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əlillik dərəcəsi düzgün təyin olmadığı üçün özünə xəsarət yetirmək istəyən şəxslə bağlı AÇIQLAMA (VİDEO)

Əlillik dərəcəsi düzgün təyin olmadığı üçün özünə xəsarət yetirmək istəyən şəxslə bağlı AÇIQLAMA (VİDEO)
16-04-2021, 13:02 175 dəfə baxılıb

Əlillik dərəcəsi düzgün təyin olmadığı üçün özünə xəsarət yetirmək istəyən şəxslə bağlı AÇIQLAMA (VİDEO)






Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi olduğu deyilən şəxsin əlillik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, videogörüntüdə sözügedən şəxs əlillik dərəcəsinin düzgün təyin edilməməsinə etiraz edib və düzgün təyin edilmədiyi halda özünə kəsici alətlə xəsarət yetirəcəyini qeyd edib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, məsələ araşdırıldıqdan sonra lazımi addımlar atılacaq:
“Videodakı məkan bizim qurumun tabeliyində olan bir yer deyil. Hazırda bu məsələnin harada olduğu və qazinin kimliyi araşdırılır. Qazi Müdafiə Nazirliyinin Hərbi Həkim Kommissiyası tərəfindən şəhadətnamə almalıdır ki, qanunvericiliyə uyğun olaraq onun əsasında əlillik dərəcəsi təyin edilsin. Əgər sənəd olmazsa, onunla bağlı məlumat əldə edə bilmərik. Məsələ araşdırılıdıqdan sonra lazımi addımlar atılıb, məlumat veriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram