Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gözəgörünməz, yeraltı, üzən məktəblər - İNANMAYACAQSINIZ - VİDEO

Gözəgörünməz, yeraltı, üzən məktəblər - İNANMAYACAQSINIZ - VİDEO
17-04-2021, 14:12 127 dəfə baxılıb

Gözəgörünməz, yeraltı, üzən məktəblər - İNANMAYACAQSINIZ - VİDEO

DogruXeber.az: - Hər ölkənin fərqli təhsil sistemi və məktəbləri var. Bu təhsil ocaqları özünəməxsus qanunları və binalarının görünüşü ilə hər kəsi təəccübləndirir.

Lent.az xarici KİV-ə istinadən, dünyanın 7 fərqli məktəbini təqdim edir:

Abo ibtidai məktəbi

Amerikanın Nyu-Meksika ştatında yerləşən bu məktəb yerin altında tikilib. Tikili həm məktəb, həm də sığınacaq kimi istifadə olunur. 1962-ci ildə Rusiya ilə olan problemlərə görə tikilən sığınacaq və məktəbdə su quyusu, dezinfeksiya aparatları ilə yanaşı, yeməkxana, oyun zalları da var. Məktəb hələ də fəaliyyət göstərir.

Elf məktəbi

İslandiyada yerləşən bu məktəbdə uşaqlara 13 müxtəlif elf haqqında məlumat verilir. İnanca görə, elflər insanlara bənzəsələr də, onları gözlə görmək mümkün deyil. Yerli xalq elflərin varlığına inanır və onları yaşatmaq istəyirlər. Bu günə qədər 9 min insan bu məktəbin məzunu olub.

Hamburger Universiteti

“McDonalds”a aid olan bu universitet məşhurdur. Universitetdə tələbələrə düşündüyünüz kimi, yalnız hamburgerin necə hazırlanması deyil, idarəçilik də öyrədilir. Belə ki, məzunlar fast-food firmalarını idarə edirlər. Universitetin Tokiyo, London, Münhen və Şanxayda filialları var. Bu universitetə qəbul olmaq, Harvard Universitetinə qəbul olmaq qədər çətindi.

Yakutiya məktəbi

Hava şəraitindən asılı olaraq burada uşaqlar valideynlərindən uzaq, məktəbin yataqxanasında yaşayırlar. Yakutiyada məktəblər çadırda fəaliyyət göstərir.

Orestad məktəbi

Danimarkanın Kopenhagen şəhərində yerləşən bu məktəb görüntüsü və şagirdlər üçün yaradılmış şəraiti ilə hər kəsi heyrətləndirir. Ənənəvi dərs otaqlarının əksinə olaraq, burada şagirdlər dairəvi masada və sərbəst halda dərslərə qoşulurlar. Məktəbdəki bütün dərs vəsaitləri elektrondur. Riyaziyyat, tarix dərsləri ilə bərabər, şagirdlərə media, mədəniyyət, idarəçilik və s. əlavə dərslər keçirilir.

Mağara məktəb

Mağara məktəbi Çinin cənubunda yerləşir. Burada yaşayan insanların maddi vəziyyəti çox aşağıdır. Bu onların təhsil həyatına da təsir edib. Məktəb tikməyə maddi təminatı olmayan əyalət rəsmiləri mağaradan istifadə etməyə qərar veriblər. Müxtəlif yaşlarda olan 186 şagird burada təhsil alır. Sinif, yeməkxana, oyun zalları mağaranın içində yerləşir. Şagirdlər təhsil almaq üçün mağaraya 2 saat piyada yol gedirlər.

Üzən məktəb

Musson yağışları nəticəsində Banqladeşdə hər il bir çox kəndlər, evlər suyun altında qalır. Şagirdlərin təhsildən geri qalmamaları üçün üzən məktəb yaradıblar. Məktəb üzərək uşaqların evinədək gedir, onları götürür və dərs bitəndən sonra da ailələrinə təhvil verir. Banqladeşdə 23 ədəd belə üzən məktəb var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram