Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü

Sadıxovun qolu Avropada ilk
19-04-2021, 15:00 78 dəfə baxılıb

Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü















DogruXeber.az: - "Belə qolların olması bizi sevindirir. Bunlar çempionatımızın bəzəyidir. Bəzən qınaqlar olur ki, Premyer Liqada baxımlı qollar vurulmur".

Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda komandanın yarımmüdafiəçisi Rəhim Sadıxovun baxımlı qolu barədə danışarkən deyib.

40 yaxşı mütəxəssis həmin qolu Avropada ilk "10-luğ"a layiq gördüyünü bildirib: "Bu, ev tapşırığı idi. Xəyal Nəcəfov və ya Rəhim Sadıxov məsuliyyəti öz üzərinə götürməli idilər. Mükəmməl qol alındı. Ümumiyyətlə, Rəhimin belə potensialı var. Düşünürəm ki, qol Avropada ilk "10-luğ"a düşə bilər".

Abbasov "Sumqayıt"ın digər hücumçusu Əli Qurbaninin başla vurduğu qola da toxunub: "Hər oyundan öncə rəqibləri təhlil edirik. Əlidən bu cür qollar gözləyirik. Standart vəziyyətlər zamanı bunun üzərində çalışır. Bu cür qolların vurulması bizi sevindirir. Amma qollardan əlavə, komanda şəklində yaxşı oynadıq. Belə vəziyyətdə 2:0 hesabı ilə qalib gəlmək vacib idi. "Qəbələ"yə qarşı uğursuz statistikamız var idi. "Qara zolaq"dan çıxdıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram