Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Oqtay Əsədovun həyat yoldaşının Rusiyadakı şirkəti ötən il 14 milyon gəlir əldə edib - FOTOFAKT

Oqtay Əsədovun həyat yoldaşının Rusiyadakı şirkəti ötən il 14 milyon gəlir əldə edib - FOTOFAKT
20-04-2021, 12:25 74 dəfə baxılıb

Oqtay Əsədovun həyat yoldaşının Rusiyadakı şirkəti ötən il 14 milyon gəlir əldə edib - FOTOFAKT







DogruXeber.az: - Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən “Arizarum Qrup” MMC-nin ötən il üçün əldə etdiyi gəlirlər açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” MMC ötən il 14 milyon rubl (184,2 min dollar) gəlir əldə edib. “Arizarum Qrup” MMC-nin xalis mənfəti isə 9,7 milyon rubl (127,6 min dollar) olub. 2019-cu illə müqayisədə Zemfira Əsədovaya məxsus şirkətin mənfəəti 42 min rubl (553 dollar) artıb.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” MMC 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin sahibi Əsədova Zemfira Adil qızı, direktoru isə Nazarova Larisa Aleksandrovnadır.
Nizamnamə kapitalı 10 min rubl (133 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “Arizarum Qrup” MMC sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.
Oqtay Əsədovun həyat yoldaşının Rusiyadakı şirkəti ötən il 14 milyon gəlir əldə edib - FOTOFAKT






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram