Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Tibb üzrə magistr dərəcəsi üçün tələb olunan meyarlar müəyyənləşir - Detallar

Tibb üzrə magistr dərəcəsi üçün tələb olunan meyarlar müəyyənləşir - Detallar
20-04-2021, 12:29 65 dəfə baxılıb

Tibb üzrə magistr dərəcəsi üçün tələb olunan meyarlar müəyyənləşir - Detallar






Tibb, əczaçılıq və baytarlıq istiqamətləri üzrə magistr dərəcəsi tam orta təhsil bazası əsasında müvafiq ali təhsil proqramını (həcmi 300-360 Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı (ATKTS) kreditidir) uğurla başa çatdıran şəxslərə veriləcək.

DogruXeber.az-ın APA-ya istinadən məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Beləliklə, tibb, əczaçılıq və baytarlıq istiqamətləri üzrə magistr dərəcəsi üçün tələb olunan kredit daha yüksək olacaq.

Qeyd edək ki, layihəyə əsasən, magistratura ali təhsilin üçüncü səviyyəsinə daxil edilib.

Ali təhsilin üçüncü səviyyəsi – ali təhsilin magistratura səviyyəsi və onun evkivalenti üzrə meyarlar aşağıdakılardır:

- bu səviyyənin təhsil proqramları əhəmiyyətli nəzəri əsasa malikdir, buraya praktiki komponentlər də daxil edilə bilər, bu səviyyə tədqiqatların yüksək səviyyəsi ilə səciyyələnir;

- bu səviyyənin proqramları mahiyyət etibarilə səviyyə 6-nın proqramlarından daha mürəkkəb və daha ixtisaslaşdırılıb;

- bu səviyyənin proqramlarına qəbul fənn seçimindən və ya Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzKMÇ) 5 və ya 6-nın proqramlarının səviyyəsi üzrə qiymətlərdən asılı ola, əlavə olaraq qəbul imtahanlarının müvəffəqiyyətlə verilməsi tələb oluna bilər;

- Təhsil müddəti 1-2 ildir.

Ali təhsilin üçüncü səviyyəsi üzrə təhsil proqramı akademik təhsil yönümlü olduqda təhsil müddəti 2 ildir (120 kredit), magistr dissertasiyasının müdafiəsi ilə tamamlanır və AzKMÇ-nin 8-ci səviyyəsinin proqramlarına keçidi təmin edir. Ali təhsilin üçüncü səviyyəsi üzrə təhsil proqramı peşə təhsili yönümlü olduqda təhsil müddəti 1-1,5 ildir (60-90 kredit) və magistr dissertasiyasının hazırlanması və müdafiəsi tələb edilmir və AzKMÇ-nin 8-ci səviyyəsinin proqramlarına keçidi təmin etmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram