Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Biz hələ də avtobus, metro, açıq havada maska ilə imtahan olunuruq - AKTUAL

Biz hələ də avtobus, metro, açıq havada maska ilə imtahan olunuruq - AKTUAL
20-04-2021, 17:59 58 dəfə baxılıb

Biz hələ də avtobus, metro, açıq havada maska ilə imtahan olunuruq - AKTUAL







DogruXeber.az: - Artıq 1 ildən çoxdur ki, dünya koronavirusa sanki əsir düşüb.

Gözlənilmədən yetişən "taclı" insanların həyatını sıfırdan başladıb.

Təhsildən sərhədlərə qədər hər şeyi nəzarətinə alan infeksiya artıq insanlar üçün adi hala çevrilməyə başlayıb, getdikcə ölkələr bununla yaşamağı öyrənir.

Məsələn, İtaliya çox sayda yoluxma və ölümə baxmayaraq, karantin qaydalarında yumşaldılmalara gedir. Malta ölkəyə turist axınını gücləndirmək, ölkə iqtisadiyyatını dirçəltmək üçün turistlərə 200 dollar vəd edir. İsrail açıq havada maska taxmaq qadağasını ləğv edir.

Bu kimi addımlar kiçik görünsə, normal yaşama qayıtmaq üçün əslində böyük addımlardır. Hər halda mütəxəssislər də bildirir ki, bu virus bizimlə uzun illər yaşayacaq və yoluxmanı sıfıra endirmək üçün peyvəndləmə də təsirsiz qalacaq. Belə olan halda artıq insanları narazı salan, həyat şəraitinə, sosial vəziyyətinə təsir edən qərarlarla həyata küsdürməkdənsə, yumşaldılmalara gedib ən azı iqtisadi səviyyəni, sosial durumu qaldırmaq olar.

Heç şübhəsiz ki, hazırda insanların çoxu maddi problemlə üz-üzədir. Lakin digər ölkələrlə Azərbaycanı müqayisə etdikdə görürük ki, bizdə yumşaldılma formal xarakter daşıyır. Aylardır həftəsonları ictimai nəqliyyatın işləməməsi, metronun sentyabr ayından bəri üzümüzə bağlı qalması, açıq havada maska taxmaq məcburiyyəti əsas problemlərimizdəndir və həllini ən azı iyunun 1-dək tapmayacaq. Metronun bağlı saxlanılması koronavirusa yoluxmanın artacağı ilə əlaqələndirilir. Operativ Qərargah nümayəndələri hər brifinqdə jurnalistlərin metro ilə bağlı sualını ötəri cavablandırır. Artıq elə bir vəziyyət yaranıb ki, insanlar sanki metronun varlığını unudublar, sanki həyatımızda heç vaxt belə bir şey olmayıb, heç vaxt da metrodan istifadə etməmişik.

Metronun işləməməsinə o halda razılaşardıq ki, avtobuslar həqiqətən də dedikləri kimi, onu əvəzləyə bilər, onun yükünü daşıyardı. Lakin avtobuslar arasındakı intervalın çoxluğu, marşrutların azlığı insanlar üçün onsuz da böyük olan problemi bir az daha böyüdür. Əlavə olaraq, metro ilə yarım saata gedə biləcəyimiz yolu avtobusla 2 saata getməyimiz daha bir problemdir və yoluxma riskini artıır.

Üstəlik hər gün avtobus dayanacaqlarındakı sıxlıq, tıxac, "insan seli" də bizə fərqli şeylər deyir. Hər dəfə sanitar məsafənin qorunması ilə bağlı çağırışlar edən, günahı insanlarda görən qurumlar isə nədənsə avtobus dayanacaqlarındakı basabası görmür, ya da görməzdən gəlir ki, ikinci variant daha ağlabatandır.

Həftəsonu və bayram günləri ictimai nəqliyyatın işləməməsi də əlavə maliyyə itkisidir. Yəni, avtobusa 30 qəpik verib işə yollanan şəxs hər şənbə- bazar, yaxud işə getmək məcburiyyətində olduğu bayram günləri taksi üçün daha çox pul xərcləməli olur. Məlum, hər kəs dövlət qurumunda işləmir, normal istirahət və bayram cədvəli yoxdur, çörək qazanmaq üün bütöv bir həftəni istirahətsiz işləyənlər çox saydadır. Və hər kəsin cibi, aldığı əmək haqqı taksiyə sərf ediləcək qədər çox deyil.

Haşiyə: 2021-ci ilin yanvar-mart ayları ərzində ölkədə sərnişin daşımaları ötən ilin müvafiq dövrünə nisbətən 42,5 faiz azalıb. Dövlət Statistika Komitəsindən bildirib ki, bu dövrdə nəqliyyatçılar tərəfindən 253,2 milyon sərnişinə xidmət göstərilib.

Taksi xidmətlərindən istifadə edənlərin sayında isə artım olub. Bu dövrdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatından istifadə edən sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə taksilərin xidmətlərindən yararlanıb. Belə ki, avtomobil nəqliyyatı vasitəsilə 252,6 milyon sərnişin daşınıb və sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz az olub. Müvafiq dövrə 233,9 milyondan çox sərnişin avtobusdan istifadə edib ki, onların sayında 37,4 faiz azalma müşahidə olunub.

Məsələ əgər insanların toplu hərəkətinin qarşısını almaqdırsa, yenə də metronun açılması daha məqsədəuyğun olardı. Çünki onsuz da həftənin digər günlərində də şəhər insanla dolu olur və bunun qarşısını almaq həyatı dayandırmaq kimi bir şey olardı. Yəni bağlamaqdansa, daha alternativ yollar tapmaq olar. Belə bir zamanda insanların maddi durumunu da düşünmək gərəkdir.

Günümüzün daha bir problemi açıq havada maska taxmaqla bağlıdır. Qapımızın ağzına çıxdıqda belə, o maska mütləq taxılmalıdır. Əks halda, cərimə təhlükəsi var ki, insanlarımızı virus təhlükəsindən heç də az qorxutmur. Əgər açıq havada tək gəziriksə, ətrafımızda kimsə yoxdursa, bununla belə yenə maska taxmaq məcburidir. Bu, verilən qərarlar içində bəlkə də ən absurdudur. Məsələnin digər tərəfinə nəzərə salaq: Restoran-kafelərdə, yəni qapalı məkanda əyləşiriksə, maskanı çıxara bilərik, lakin açıq havada təkiksə, bizə belə bir imkan tanınmır.

Belə çıxır ki, nəfəs almaq üçün də gərək restorana gedək. Mütəxəssislərin ciyərdolusu hava almanın önəmli olduğunu söylədiyi dövrdə bundan məhrum qalmaq nə dərəcədə düzgündür?

Ölkələrin sərhədlərini açdığı, qadağaları yumşaltdığı, turistləri dəvət etdiyi bir zamanda bizim hələ də açıq havada maska, avtobus, metro davası etməyimiz də virusa bir ayrı “güc” qatır…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram