Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Baş Prokurorluq Bərdədə həkim səhlənkarlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Baş Prokurorluq Bərdədə həkim səhlənkarlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
21-04-2021, 11:57 81 dəfə baxılıb

Baş Prokurorluq Bərdədə həkim səhlənkarlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib













Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə rayon prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir, həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

Ekspertizanın rəyinə və digər toplanmış sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram