Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türkiyə XİN “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb

Türkiyə XİN “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb
21-04-2021, 12:22 73 dəfə baxılıb

Türkiyə XİN “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb













Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 24 aprel-4 may tarixləri arasında İstanbulda keçiriləcək “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, məlumatda bildirilib ki, tədbir Əfqanıstanda sülhün bərpası üçün ötən ilin iyul ayında Qətərin paytaxtı Doha şəhərində Türkiyə, Qətər və BMT-nin ortaq təşkilatçılığı ilə başlayan müzakirələri sürətləndirmək, habelə Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında danışıqların aparılması məqsədi ilə planlaşdırılıb.

“Lakin son proseslərlə əlaqədar və tərəflərlə geniş məsləhətləşmələrdən sonra konfransın başqa tarixdə keçirilməsi qərara alınıb. Türkiyə, Qətər və BMT Əfqanıstanda sülhün bərqərar olması üçün səylərini davam etdirəcəklər”, - deyə qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram