Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

DİM ittiham olundu - "Kimya fənninin irəli çəkilməsi..."

DİM ittiham olundu -
21-04-2021, 14:30 68 dəfə baxılıb

DİM ittiham olundu - "Kimya fənninin irəli çəkilməsi..."





DogruXeber.az: - “Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: “İnformatika müəllimliyi” ixtisasını seçənlərin informatikadan deyil, kimyadan qəbul imtahanı vermələridir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
“Dəfələrlə bu məsələ DİM və Təhsil Nəzirliyi qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT yönümlü ixtisası, o cümlədən informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika əvəzinə, kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və TN bununla bağlı daxili problemlərini həll edə bilməyiblər”- deyə, o, bildirib.
Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında O.Gündüzün sözügedən fikirlərinə münasibət bildirdi:
“Doğrudur, fənlər arasında daxili əlaqə, qruplaşma var. Lakin mən son vaxtlar kimya fənninin irəli çəkilməsini başa düşə bilmirəm. Fikrimcə, bu, DİM-dən qaynaqlanır. Bəlkə də, yanılıram, lakin bu fənnin irəli çəkilməsi Məleykə Abbaszadənin kimyaçı olması ilə əlaqələndirilə bilər. Hərçənd kimya ölkəmizdə o qədər də inkişaf etməyib və informatika müəlliminin hazırlanması üçün bu fənnin tədrisi kifayət deyil. Odur ki, yanaşma səhvdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram