Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY

Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY
21-04-2021, 14:59 84 dəfə baxılıb

Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY







DogruXeber.az: - Neftçala rayon Mirsəqulu kənd sakini, Vətən müharibəsi iştirakçısı Mənəfov Hacı Cəfərağa oğlu kənddə məmurlar tərəfindən üzləşdiyi problemlə bağlı redaksiyamıza şikayət edib. O, bildirib ki, bir müddət öncə işdən qovulan Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinin keçmiş sədri Əlibala Səlimovun bacısı oğlu Mənəfov Ehtiram Gülağa oğlu ona problem yaradır.
Qazinin sözlərinə görə E.Mənəfov qanunsuz olaraq onun evinin arxasından yol çəkdirmək istəyir:

“1995-ci ildə anadan olmuşam. İki övladım var. Könüllü olaraq Vətən müharibəsinə yollanmışam. Keçmiş bələdiyyə sədri Əlibala Səlimovun bacısı oğlu Ehtiram Mənəfov evimin arxasından yol çəkdirmək istəyir. E.Mənəfov özü Su İdarəsində mexanik işləyir. Burda bizim kanalımız var və kanalizasiya sularımız da ora gedir. E.Mənəfov isə həmin kanalı da doldurmaq istəyir. Belə olanda da bizim evlərimiz su altında qalacaq. Məsələylə bağlı Neftçala rayon İcra Hakimiyyətinə şikayətə getdim. Problemimi icra başçısı Mirhəsən Seyidova dedim. Bildirdim ki, burdan heç vaxt yol olmayıb və E.Mənəfov qanunsuz olaraq ərazidən yol çəkmək istəyir. M.Seyidova problemimi deyən kimi yanında olan işçiləri ayağa qalxıb E.Mənəfovu müdafiə etdilər. İcra başçısı özü də təəccübləndi”.

H.Mənəfov deyir ki, icra başçısı şikayətimi nəzarətə götürərək əraziyə texnika göndərdi:
“Bir neçə ay sonra icra başçısı əraziyə texnika göndərdi və göstəriş verdi ki, problemim həll olunsun. Qeyd edim ki, E.Mənəfovun şəhid ailəsi ilə də yol problemi var idi. İcra Hakimiyyətindən gəlib şəhid ailəsini yolla təmin etdilər. Texnikayla gəlib bizim yerimizi də səliqəli şəkildə qazdılar. Atama dedilər ki, razı qaldınızmı? Biz də minnətdarlıq etdik. Texnikanı ərazidən göndərəndən sonra İcra Hakimiyyətinin işçilərini E.Mənəfovgil öz obyektlərinə apardılar. Orda söhbət edəndən sonra kəndimizin icra nümayəndəsi atama dedi ki, siz ona yol verməlisiniz. Məsələylə bağlı kənd bələdiyyəmizə də getdim və yenə də heç bir tədbir görülmədi. Dediyim ərazidən heç vaxt yol olmayıb. Sadəcə olaraq E.Mənəfovun pulu var deyə qoçuluq edərək həmin yerdən yol çəkdirmək istəyir”.
H.Mənəfov Neftçala rayon İcra Hakimiyyətinin çözə bilmədiyi probleminin həlli üçün ölkə başçısına şikayət edib:

“Mən Ali Baş Komandana müraciət edirəm. Xahiş edirəm problemimin həlli üçün müvafiq göstəriş və tapşırıqlarını versin. Neftçalada yerli məmurların özbaşınalıqlarından cana doymuşuq”.
Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY









Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY











Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram