Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əli Həsənovun ətrafı niyə dönük çıxdı? - “Onları cinayət əlaqələri bağlayırdı“

Əli Həsənovun ətrafı niyə dönük çıxdı? - “Onları cinayət əlaqələri bağlayırdı“
21-04-2021, 16:56 68 dəfə baxılıb

Əli Həsənovun ətrafı niyə dönük çıxdı? - “Onları cinayət əlaqələri bağlayırdı“






DogruXeber.az: - Azərbaycanda vəzifədən çıxan adamların ətrafı dərhal “buxarlanır”. Onların komandası tez dağılır, vaxtilə sədaqətdən, vəfadan danışan adamlar başqa cinahlarda özlərinə mövqe tutmağa çalışırlar. Bunu Prezidentin köməkçisi Əli Həsənovun timsalında növbəti dəfə bunun şahid olduq.

Maraqlıdır, ictimai-siyasi sektorda təmsil olunan adamlar mövqelərini niyə belə tez dəyişirlər?

Məsələ ilə bağlı Yenisabah.az-ın suallarını cavablayan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, hakimiyyətdə olan şəxslərin ətrafındakılar ona mənəvi və ideoloji baxımdan bağlı olmurlar.

Partiya sədrinin sözlərinə görə, onları koorporativ maraqlar bir araya gətirir:

“Bilirsiniz, hakimiyyət komandasının ideoloji birliyi olmadığı üçün bu komandanın ətrafında hər hansı hadisə baş verən kimi ətrafdakılar qaçır gedir, bir növ “buxarlanır”. Çünki əksəriyyəti bir-birinə cinayət telləri ilə bağlıdır. Onların maliyyə əlaqələri və bağlılıqları var. Onların bundan başqa hansısa mənəvi, yaxud ideoloji bağlılıqları mövcud deyil. Ona görə də əgər kimsə vəzifədə varsa, həmin şəxs əhəmiyyətlidir, yoxdursa, heç kəsə lazım deyil. Ümumiyyətlə, bu hakimiyyətin xarakteridir ki, cəmiyyətdə marağı önə çəkib, dəyərlər sistemini məhv edib, aşındırıb. Ona görə də bu gün hakimiyyətdə olan adam bu gün varsa, ətrafı da var. Hakimiyyətdə yoxdursa, heç kəsi də yoxdur. Bunu sizlər də bu gün müşahidə edirsiniz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram