Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Camaat Marsa gedir, ermənilər də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyirlər” - deputat

“Camaat Marsa gedir, ermənilər də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyirlər” - deputat
21-04-2021, 17:33 84 dəfə baxılıb

“Camaat Marsa gedir, ermənilər də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyirlər” - deputat





DogruXeber.az - "Ciddi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması dünya hadisəsidir, hansısa siyasi etnik qüvvənin şıltaqlığı və ya "kapriz"i deyil. Ümumiyyətlə, absurddur, yolu necə kəsmək olar?! Yolu kəsməklə siyasət qururlar?! Camaat Marsa gedir, bunlar da Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyirlər. Ermənistan olmur, hansı dövlət olursa olsun, heç kim mane ola bilməz. Odur ki, Zəngəzur dəhlizi mütləq açılacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməsi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, bu yolun açılmasına qarşı çıxmaq anti-humanist addımdır.

Ermənistanın, ümumiyyətlə, heç bir şeydə maraqlı olmadığını vurğulayan Nizami Cəfərov əlavə edib ki, ermənilərin Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət göstərmək gücləri yoxdur: "Necə olur ki, qalib gələn, müəyyən bir coğrafiyaya sahib olan ölkə əldə etdiyi ərazilərdə bir qayda - qanun yaratmır, inkişafı təmin etmir?! Ermənistan, sadəcə olaraq, süni yaradılmış, müxtəlif maraqların toqquşduğu məkandır. Zəngəzur məsələsində də eynilə: səfərlər etsələr də, orda yaşayan əhalinin həmin torpaqlarda heç bir məsuliyyəti yoxdur, oradan qaçmaq istəyirlər. Dünyanın hər halda bir tarixi coğrafi hərəkət mexanizmi var. Zəngəzur, sanki, Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası coğrafiyasına saplanmış qılıncdır. Ermənistan indi özü də bu qılıncı çıxarmaq gücündə deyil, çünki vaxtilə onu ermənilər yox, ermənilər vasitəsilə bir sıra qüvvələr həyata keçiriblər. Yəni bu, ermənilərin beyninin məhsulu deyil. Ermənilərin düşüncəsinin miqyasının bu qədər geniş olması mümkünsüzdür. Qısacası, ermənilərin Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət göstərmək gücləri yoxdur. Hətta dünyada bu məsələ barədə nə qədər aqressiya olsa belə, yenə də o yol açılmalıdır. Çünki Zəngəzur dəhlizi İpək yolunun tərkib hissəsidir, birbaşa yoldur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram