Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Daha bir qazinin müalicəsi gecikdirilir: - "O həddə çatıb ki..."

Daha bir qazinin müalicəsi gecikdirilir: -
22-04-2021, 08:35 104 dəfə baxılıb

Daha bir qazinin müalicəsi gecikdirilir: - "O həddə çatıb ki..."

DogruXeber.az-ın məlumatına görə Vətən Müharibəsində minaya düşərək bir ayağını itirən Həsənov Muradın müalicəsi gecikdirilir.

Qazinin atası Teyyub Həsənov Cebhe.info-ya şikayətində bildirib ki, 2 ay əvvəl protez mərkəzində yoxlanan Muradı müalicə etdikdən sonra 10-15 gün ərzində protezlə təmin edəcəklərini bildirsələr də, daha sonra onlardan xəbər çıxmayıb:

"Orada ölçü götürdükdən sonra bizə dedilər ki, get, sənə xəbər edəcəyik. Artıq 2 aydan çoxdur ki, bir xəbər yoxdur. O həddə çatıb ki, qıçının sümüyü uzanıb və əməliyyat olunmalıdır.

Sabah əməliyyat üçün Salyan xəstəxanasına yollanacağıq. Görək vəziyyət nə yerdədir. Biz “YAŞAT” Fonduna da müraciət etmişdik, dedilər baxacağıq, lakin sonra oradan da xəbər çıxmadı. Muradın yaşadıqlarına görə psixoloji durumu da gərginləşib".
Daha bir qazinin müalicəsi gecikdirilir: - "O həddə çatıb ki..."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram