Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

HADI RƏCƏBLİNİN QARDAŞININ “MAYAK”I BATIR - Varlılar da ağlayır...

HADI RƏCƏBLİNİN QARDAŞININ “MAYAK”I BATIR - Varlılar da ağlayır...
22-04-2021, 09:05 94 dəfə baxılıb

HADI RƏCƏBLİNİN QARDAŞININ “MAYAK”I BATIR - Varlılar da ağlayır...

DogruXeber.az: - Sabiq deputat Hadı Rəcəblinin Lənkəranda yerləşən “Mayak” otel-restoranı batmaqdadır. TİA. Az-ın xəbərinə görə, H. Rəcəblinin qardaşı, rayonun maliyyə rəisi İqbal Rəcəbov tərəfindən idarə edilən obyekt açıldığı gündən müştəri üzünə həsrət qalıb, pandemiyada isə daha da müflisləşib. Otel və restoran rayonun qədim tarixi binasında yerləşir və uzun illər Lənkəranın uşaq xəstəxanası kimi fəaliyyət göstərib. Rəcəblilər tərəfindən bina özəlləşəndən sonra alt mərtəbəsi H. Rəcəblinin səhm payı olan “Zaminbank” ın yerli filialı, üst mərtəbə isə restoran və hotel kimi istifadə edilib.
HADI RƏCƏBLİNİN QARDAŞININ “MAYAK”I BATIR - Varlılar da ağlayır...

Lakin devalvasiya dönəmində bankın lisenziyası ləğv olundu və bağlandı, nəticədə indiyə qədər həmin mərtəbə istifadəsiz qalıb. Hətta Rəcəblilər bankın filialı olmuş yeri arendaya verməyə hazırdırlar. Yuxarı mərtəbə – “Mayak” hotel isə iflas həddindədir. Qeyd edək ki, H. Rəcəblinin daha bir məşhur obyekti “Palıdlı Sahil” istirahət mərkəzidir. Bu yaxınlarda həmin ünvanda gizli toy keçirilməsi aşkarlanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram