Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Samir Şərifovun yerinə o iddialıdır - Belə deyirlər...

Samir Şərifovun yerinə o iddialıdır - Belə deyirlər...
22-04-2021, 09:52 103 dəfə baxılıb

Samir Şərifovun yerinə o iddialıdır - Belə deyirlər...

DogruXeber.az:: - Aprelin 21-i Rövşən Rzayevin “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə sədr təyin olunmasının düz 3 ili tamam olur.
Bu 3 il müddətində Rövşən Rzayev demək olar ki, bircə müsbət addımı ilə yadda qalmayıb.
Bütün dünyada məcburi köçkün və qaçqın kontingenti qaynar qazanı xatırladır. Bu həddən çox həssas məsələdir. İnsaf naminə qeyd etməliyik ki, qurumun keçmiş sədri Əli Həsənov bu məsələdə çox həssaslıq göstərirdi, yəni problemləri ölkə rəhbərliyini diqqətinə çatdırır və sonda problemlər yoluna qoyulurdu. Həmin dövrdə qaçqın və məcburi köçkünlərin orta aylıq əmək haqlarına, müavinətlərinə kimsə toxunmurdu. Yəni dövlət bu məsələləri tənzimləyirdi.
Amma hörmətli Rövşən Rzayev komitəyə sədr təyin olunandan sanki atalar demişkən, qaşınmayan yerdən qan çıxarmağa çalışır.
Sədr olduğu ilk vaxtdan qaçqınların orta aylıq əmək haqları dayandırılır, digər güzəştlər, imtiyazlar ləğv olunur.
Təsəvvür edirsiniz, məcburi köçkünlərin şəhərçiklərindəki JEK işçiləri 4 aydır əmək haqqı ala bilmirlər.
Cənab Rzayev !
Həmin JEK-lərdə çalışanların ailə üzvləri, uşaqları nə ilə dolanmalıdır ? Vətəndaş 4 ay necə əmək haqqısız qala bilər ?
Məcburi köçkün şəhərçiklərində su tapılmır, insanlar karonavirus dövründə əllərini yumağa su tapmırlar.
Belə ki, sizin göstərişinizlə qaçqınlara dəniz suyu verilir. Bəli, dəniz suyu.
“Azərsu”yun 1 litrini 0.7 manata satdığı suyu, sən alıb qaçqınlara 1.5 manata satırsan. Şəhərciklərdə bütün qış dövrü istilik sistemi-“kotelni” işləməyib. Bəs hər yerdə deyilir ki, karantin dövründə gündə tez-tez əllərinizi, üzünüzü isti su ilə yuyun.
Bu məqamda “Alış, nə ilə “ məsəli yada düşür.
Rövşən Rzayev, nə ilə...qaçqınlar əl-üzünü yusun ?
Deməli, Rövşən Rzayevin göstərişi ilə qaçqın şəhərciklərində filtrlər quraşdırılıb. Qaçqınlara verilən dəniz suyunu filtrdən keçirib qaçqınlara hər kubunu 15 qəpikdən satırlar.
Bunu kim özündən icad elədi, cənab komitə sədri?
Axı, cənab Prezidentimiz məcburi köçkün şəhərciklərinin açılışında iştirak edib, həmin binadakı mənzillərdə qonaq oluib, çay içib və hamı bilir ki, həmin binalar dəniz suyu ilə deyil, normal, içməli su ilə təmin olunub. Bəs indi nə oldu, nə baş verdi ki, qaçqınlara dəniz suyu verirsiniz...
Axı, siz Prezidentə hesabat verirsiniz ki, hər şey yaxşıdır, hər şey normaldır.
Komitənin qaçqın şəhərçiklırinə təyin etdiyi JEK rəsilərini də dəyiş-düyüş edirsiniz. Əli ilə Vəlinin yerini dəyişməklə problem həll olnmur, cənab komitə sədri. Rüşvət alan JEK rəislərini qovmaq lazımdır, yerini dəyişmək yox.
Cənab sədr !
Sizin ətrafınızda, yəni komitədə çalışanların hamısı Dövlət İmtahan Mərkəzi vasitəsilə, yəni test yolu ilə dövlət qulluğuna qəbul olunmalıdır. Əməkdaşlarınızdan hansı biri testdən keçib ?
Ümumiyyətlə, rəhbərlik etdiyiniz komitədə problemlər bitib tükənmək bilmir.
Balaxanıneftin keçmiş rəisi, indi isə Komitənin Mənzil İstismar Departamentinin direktoru olan Səbuhi Əhmədov dostu və işçisi Etiqadı verib qabağa. O da sahibi yaşamayan mənziləri alıb başqasına satır.
Digər departament direktoru Natiq isə guya püşkatama yolu ilə mənzilləri bölür. Necə bölür ? Binada 100 mənzil olsa da qutuya 3-4 mənzilin nömrəsini atır.

Bu necə püşkatmadır, cənab Rzayev ?

Komitənin şöbə müdiri Sənan Hüseynov isə Prezidentin sabiq köməkçisi Əli Həsənovla bahalı binada qonşudur.
Rövşən Rzayev, bu adam məmur maaşı ilə bahalı mənzili necə alıb ?
Bütün bunlar azmış kimi Rövşən Rzayev qaçqınlar üçün indi də əlavə problem yaradıb.
Belə ki, maliyyə naziri olmaq eşqinə düşən Rövşən Rzayevlə maliyyə naziri Samir Şərifovun arasında əməlli-başlı mübarizə başlayıb.
Hətta Rövşən Rzayevin Komitə adından qaşqınların problemi ilə bağlı göndərdiyi bütün sənədləri cənab maliyyə naziri geri qaytarır.
Rövşən Rzayevin bu niyyətinə görə, hətta Milli Məclis üzvlərinin qaçqınların məsələsi ilə bağlı Samir Şərifova ünvanladığı müraciətlər də cavabsız qalır.
Belə yerdə deyiblər ki, iki nazirin davası yazıq qaçqınların başında çatlayıb.
Amma insaf naminə onu da qeyd edək ki, maliyyə naziri Samir Şərifov kifayət qədər peşəkar kadrdır.
Səndən necə maliyyə naziri olar, ay Rövşən müəllim ?
Sən tarix müəllimisən, adi arfimetikanı bilmirsən ?
Ümumiyyətlə, faiz hesablaya bilirsənmi, cənab Rzayev ?
Bir də Qaçqınkomu nə günə qoymusan ki, ölkənin maliyyə sistemini düzəldəsən ?
Qaynar qazanın qapağını qaldırırsan, cənab Rzayev.
Qaçqınlar adından Prezidentimizdən xahiş edirik ki, bu problemləri özü şəxsən nəzarətə götürsün. Axı, Prezidentimiz məmurlara deyib ki, xalqdan qorxmursunuz, barı, Allahdan qorxun. Cənab Prezident, bunlar heç Allahdan da qorxmur.
P.S. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin cinayətlərinin izi Abşerona gedir.
Ramiz Rövşən, Zaur Abbaszadə və Azər Vahabzadə ilə görüşüb dəqiqləşdirəcəyik. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram