Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Nə qədər qudurğan olasan ki, yolu, qazı, suyu olmayan kəndin yanında bunu edəsən..." - Replika

22-04-2021, 10:14 93 dəfə baxılıb

"Nə qədər qudurğan olasan ki, yolu, qazı, suyu olmayan kəndin yanında bunu edəsən..." - Replika

DogruXeber.az: - Xaricdə 2 milyondan çox həmvətənimiz yaşayır. Onların 400 min nəfərə yaxını olduqları ölkədə sənədsiz və ya qanunsuz yaşayır. Hər zaman həbs olunmaq, ən yaxşı halda isə Azərbaycana deport olunmaq təhlükələri var. Problemlərinin həllinə maraq göstərən isə yoxdur. Xaricdə yaşayan həmvətənlərimizin təxminən 0,5 faizini Azərbaycanın harınlamış məmurlarının ailə üzvləri və ya diplomatik nümayəndələrin əməkdaşları təşkil edir. Onlar isə özlərinə dünyanın ən bahalı yaşayış məntəqələrində ən bahalı qiymətlərə büdcəni talamaqla daşınmaz əmlak alıb, "iş adamları"na çevriliblər.

Elə ölkədə də belədir, yüzlərlə ailələrin yaşadıqları kəndlərin asfalt örtüklü yolu, qazı, suyu yoxdur. Lakin həmin kənddən daha uzaqda tikilmiş bir məmur villlasının asfalt örtüklü yolu, qazı, işiğı, kanalizasiyası çəkilib. Nə qədər qudurğan və mədəniyyətsiz olasan ki, yolu, qazı, suyu olmayan kəndin yanında bir sənə məxsus olan ev üçün hər cür şərait yaradasan.
Məmur vətəndaşın əmlakın talamasa, büdcəni dağıtmasa, ən nəhayət, vətəndaşın susacağına əmin olmasa, onda bu özbaşınalığı necə edə bilər?

Bu arada həmvətənlərimizin bir hissəsinin ağır durumda yaşadığı Ukraynada Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın özünə 250 min manata yeni xidməti avtomobil alması bildirilir.

Əlövsət Əliyev, Almaniyada yaşayan hüquq müdafiəçisi //moderator.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram