Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib

Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib
22-04-2021, 11:17 70 dəfə baxılıb

Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib

DogruXeber.az:- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Baş Şirvan kollektorunun Salyan rayonundan keçən hissəsində keçirilib.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova DİA.AZ-a bildirib ki, aksiyaya Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşları da qoşulub.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində Baş Şirvan kollektorunun 18 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

“Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində balıq ehtiyatlarını qorumaq, onların təbii populyasiyasını artırmaq, su hövzələrində çirklənməni azaltmaq, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etməkdir.

Hər bir vətəndaşı faunamıza dost münasibət bəsləməyə, onu qorumağa, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə, sintetik torlardan istifadə etməməyə çağırırıq”.

S.Məmmədovanın sözlərinə görə "Təmiz hövzələr" aksiyası çərçivəsində yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram