Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncədə məhkəmə sədrini polisə apardılar - GENERAL GÖSTƏRİŞ VERDİ VƏ...

Gəncədə məhkəmə sədrini polisə apardılar - GENERAL GÖSTƏRİŞ VERDİ VƏ...
22-04-2021, 12:16 81 dəfə baxılıb

Gəncədə məhkəmə sədrini polisə apardılar - GENERAL GÖSTƏRİŞ VERDİ VƏ...

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.

DogruXeber.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, hadisə aprelin 21-də Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.

Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı tibbi maskadan istifadə etməməsi və polisə müqaviməti olub.

Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb.
Gəncədə məhkəmə sədrini polisə apardılar - GENERAL GÖSTƏRİŞ VERDİ VƏ...

Polislərə qarşı aqressiv münasibət göstərən Natiq Əliyev onlara sənəd təqdim etməkdən imtina edərək, müqavimət də göstərib.

Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.

Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyevin göstərişi ilə qanunları pozan və polis nəfərinə qarşı kobudluq edən məhkəmə sədri sərbəst buraxılıb.

Gəncə Baş Polis İdarəsinin rəisi general Teymur Hacıyevin bu hərəkəti isə adıçəkilən şəhərdə hər kəsin qanun qarşısında bərabərlik prinsipinə nə dərəcədə əməl olunmasının göstərcisi kimi qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram