Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

““Beynəlxalq Bank” get-gələ salıb problemimi həll etmədi” - “Xəzər İnşaat”-dan ev alan əsgər anası

““Beynəlxalq Bank” get-gələ salıb problemimi həll etmədi” - “Xəzər İnşaat”-dan ev alan əsgər anası
22-04-2021, 13:30 84 dəfə baxılıb

““Beynəlxalq Bank” get-gələ salıb problemimi həll etmədi” - “Xəzər İnşaat”-dan ev alan əsgər anası






Bakı şəhər sakini Rzayeva Vəfa Rüstəm qızı 2015-ci ilin dekabrında “Xəzər İnşaat” MMC-dən aldığı iki otaqlı evin ipoteka kreditini ödəməkdə çətinlik çəkdiyini bildirib.

V.Rzayeva Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı bildirib ki, hələ 2009-cı ildə həyat yoldaşından ayrılıb və iki oğlu onun himayəsinə verilib:

“Həyat yoldaşımdan ayrılandan sonra övladlarıma mən baxmalı oldum. Özüm xadimə işləyirəm. Həyat yoldaşım aliment ödədiyi üçün onda kreditimi də vaxtında ödəyə bilirdim. Bir il öncə isə həyat yoldaşım həbs edildi. Bundan sonra alimentim də kəsildi və maddi çətinliklərim başladı. Oğlum Elmarın 18 yaşı tamam oldu və hazırda Şəmkirdə əsgəri xidmətini edir. Kiçik oğlum Elmir isə oktyabr ayında hərbi xidmətə yollanacaq”.

V.Rzayeva deyib ki, evin aylıq ödənişi 668 manatdır və bunu Beynəlxalq Banka ödəyir:
“İndi çox çətinlik çəkirəm. Hər dəfə evin aylıq ödənişini gecikməylə ödəyirəm. Buna da qohum-əqraba kömək edir. 6 ildir ki, kredit ödəyirəm və hələ bundan sonra 16 il də ödəniş edəcəm. Problemimlə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət etdim. Mehriban xanım mənə köməklik edilməsiylə bağlı göstəriş versə də, Beynəlxalq Bankda məni get-gələ salıb heç bir köməklik etmədilər”.

V.Rzayeva bildirib ki, bir neçə ay sonra ikinci oğlu da hərbi xidmətə yollanacaq və o, tək bu pulu necə ödəyəcəyini bilmir. Ona görə iki əsgər anası kimi ona köməklik edilməsini istəyib:
“Evdə tək mən işləyirəm. İkinci oğlum Elmir də hərbi xidmətə yollanandan sonra mən neyləyəcəm, bilmirəm. Dövlətimizdən xahişim odur ki, iki əsgər anası kimi mənim maddi vəziyyətimi nəzərə alıb “Xəzər İnşaat” MMC-yə mənə güzəşt edilməsi üçün göstəriş versinlər. Mən demirəm ki, ipteka kreditimi ödəmirəm. Sadəcə faizlərimi silərdilər, ya da imkan daxilində güzəşt edərdilər. Mənim də hər ay o pulu ödəməyə imkanım olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram