Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənistanda repressiya maşını işə salınıb

Ermənistanda repressiya maşını işə salınıb
22-04-2021, 17:07 70 dəfə baxılıb

Ermənistanda repressiya maşını işə salınıbDogruXeber.az: - Bu gün Ermənistanın Mehri şəhərinin meri Mxitar Zakaryanın saxlanılması erməni cəmiyyətində narazılıqla qarşılanıb.
Azvision.az -ın məlumatına görə, məsələ ilə bağlı yerli mediaya açıqlama verən Sünikin keçmiş qubernatoru Vahe Akobyan deyib ki, Zakaryanın xuliqanlıqda ittiham edilərək saxlanılması absurd qərardır. O, Paşinyan hakimiyyətinin repressiya maşınını işə salmasından gileylənib:

“Bu, hökumətin ruhumuzu sındırmağa çalışan repressiv maşınının gördüyü işlərin nəticəsidir. Bu gün saat 18:30-da Aram Manukyanın abidəsi önündə mitinq keçirmək üçün toplanacağıq".

Bundan əlavə, Şurnux sakini Ararat Ağabekyanın tutulma görüntülərinə toxunan keçmiş qubernator onun üç müharibədə iştirak etdiyini xatırladıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri zamanı yerli sakinlər baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum ediblər. Bundan sonra baş nazirin tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsi başlanılıb. Mehri şəhərinin meri Mxitar Zakaryan isə etirazçılara dəstək verdiyi üçün qandallanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram