Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

DİN nigeriyalı tələbənin iddialarına cavab verdi

DİN nigeriyalı tələbənin iddialarına cavab verdi
22-04-2021, 17:26 124 dəfə baxılıb

DİN nigeriyalı tələbənin iddialarına cavab verdi






DogruXeber.az: - Daxili İşlər Nazirliyi nigeriyalı tələbənin pulunun hoteldə oğurlanması iddiası ilə bağlı açıqlama verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nigeriya vətəndaşı Agona Viktor Chibuezenin Bakıdakı hotellərdən birində soyulması ilə bağlı iddiaları həqiqəti əks etdirmir: “Daxil olan müraciət üzrə Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalarla oğurluq faktı təsdiqini tapmayıb. Müəyyən olunub ki, həmin şəxsin üzərində ümumiyyətlə, qeyd etdiyi məbləğdə pul olmayıb”.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi olan 2002-ci il təvəllüdlü Agona Viktor Chibueze müvəqqəti yaşadığı və İçərişəhərdə yerləşən “Cayra” hotelindən qovulduğunu bildirib. O iddia edib ki, hotelin sahibi onun əşyalarını küçəyə atıb və bu zaman çantasındakı 1500 dollar oğurlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram