Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY

Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY
23-04-2021, 09:44 107 dəfə baxılıb

Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY

DogruXeber.az: - Ucar rayonu Qazyan kənd sakini Qazi atası Seyidov Sadiq Əhməd oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb.
Mütaciətdə deyilir:

"Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov dövlət idarəsini ailə podratı üsulunda işlədir.Dövlətin ayırdığı vəsait talan edilir, şəxsi kapitalı aşıb-daşır.
Nəticədə də Ucar rayon torpaqları tam şoranlaşıb əkinə yararsız vəziyyətə düşmüşdür. Ucar rayon ərazisində şirə kanalları təmizlənmədiyi üçün yox olmaq üzrədir, meliorativ işləri aparmaq üçün sovet dönəmində tətbiq edilmiş drenajları çıxarılaraq satılıb.
Meliorasiya İdarəsinə məxsus bahalı böyük texnikalar şəxsi işlərə cəlb edilib Həsən Qasımova pul qazanır.
İdarənin texnikalarının bir neçəsi isə Həsən Qasımova məxsus 1500 baş iribuynuzlu heyvan saxlanılan fermada, Zərdab rayonunun Məmmədqasımlı kəndində olan böyük balıq gölündə və 70 hektar əkin sahəsində işlərə cəlb ediliblər.
Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY

Həsən Qasımovun rayonda 3 yerdə böyük möhtəşəm evi, Bakı şəhərində 8 mənzili, Ucar rayonunda 3 böyük ticarət mərkəzi, iki böyük ferması və yüzlərlə hektar torpaq sahələri var.
Həsən Qasımov bir neçə gün əvvəl öz bacısı oğlu Abılov Rəşad Roman oğlunu idarəyə baş mühasib vəzifəsinə təyin edib.Qardaşı Kazım isə sürücü vəzifəsində işləyir.Digər qohumlarının isə adı işdə gedib iş üzü görmədən hər ay əmək haqqı alırlar.Ancaq rayonda Vətən müharibəsi qazilərinə və iştirakçılarına iş verilmir hamısı işsiz qalıblar.
Rayonun əkin torpaqlarını isə şoran ağuşuna alıb.Şoranın yuyulması üçün Ucar respublikada ən çox maddi vəsait ayrılan rayondur.Buna görə də Həsən Qasımov zənginliyinə görə ən çox seçilən müdürdür.Həsən Qasımovun qanunsuz yolla zənginləşməsinin əksi olaraq çörəyi əkinçilikdən çıxan kəndlilər isə günü-gündən yoxsullaşırlar.Çünki şoran yuyulmadığı üçün torpaqlar əkinə yararsız vəziyyətə düşür.
Bu isə Həsən Qasımov fəlakətidir ki, qarşısı alınmasa rayonun kənd tsərrüfatı tamam məhv olacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ucara xüsusi diqqət ayırıb təcili tədbir görməlidir".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram