Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

MİNALANMIŞ ƏRAZİLƏRİMİZLƏ BAĞLI XÜSUSİ İDARƏNİN HAZIRLADIĞI XƏRİTƏLƏR NƏ ÜÇÜN YOXA ÇIXDI?-Aktual

MİNALANMIŞ ƏRAZİLƏRİMİZLƏ BAĞLI XÜSUSİ İDARƏNİN HAZIRLADIĞI XƏRİTƏLƏR NƏ ÜÇÜN YOXA ÇIXDI?-Aktual
23-04-2021, 12:38 80 dəfə baxılıb

MİNALANMIŞ ƏRAZİLƏRİMİZLƏ BAĞLI XÜSUSİ İDARƏNİN HAZIRLADIĞI XƏRİTƏLƏR NƏ ÜÇÜN YOXA ÇIXDI?-Aktual

Yenixeber.org: 1997-ci il dekabr ayının 3-də isə Ottavada (Kanada) Piyadalar əleyhinə minaların hazırlanması və istifadəsi ilə bağlı Konvensiya imzalandı. Məlumata görə, 2017-ci ilin 14 dekabrında Konvensiyada adı çəkilən ölkələrin sayı 163 idi. Cəmi 133 dövlət bu məsələnin müzakirəsində iştirak etdi. İmzalanmış sənədə görə piyadalar əleyhinə minaların istehsalı və satışı qadağan hesab edildi. Digər bir məlumata görə, sənədlərə imza atmaqdan boyun qaçıran ölkələrin sayı artaraq yetmişə çatdı. Hindistan, İsrail, Çin, Rusiya, Pakistan da Konvensiyada iştirak etməkdən imtina etdilər.

Lakin belə bir ölümsaçan silahların istehsalı və paylanması əleyhinə ABŞ-da yeni bir strateji tədqiqat və təhqiqat qrupu yaradıldı. Baş Qərargaha Horfol şəhərində yerləşən (Virciniya) quruma kəşfiyyat generalı Bryus Loulor başçı təyin edildi. İllik büdcəsi qırx milyon olan bu strateji qurumda məlumata görə 14 nəfər erməni alimi zabitinin iştirakı təmin edildi. 1996-cı ilin aprelindən 20-də isə qurumun üç eksperti işğal olunmuş ərazilərimizdə göründülər. Ondan bir il öncə “The Vashington Post” qəzetinin müxbirinə müsahibə verən briqada generalı Bryus Loulor qeyd edirdi ki, qurum dünyanın müharibə ocaqlarında xeyli iş aparıb. Məqsədimiz bu olub ki, öyrənək görək müharibələrdə tərəflərin hansı birisi qadağan olunmuş minalarda və digər kütləvi qırğın silahlarından istifadə edib.

Biz bunları araşdırırıq. Qeyd edək ki, bu cür təşkilatların ekspert rəyləri 50 il məxfi qaydada qorunur. Bu onun nizamlığından irəli gələn göstərici olsa da, Azərbaycan tərəf hələlik bu kəşfiyyat xarakterli qurumun Dağlıq Qarabağda ermənilərin törətdikləri cinayətlərlə bağlı (söhbət qeyri-qanuni ərazilərimizdə basdırılmış ölümsaçan minalardan gedir) araşdırmalarını öyrənməyib. Azərbaycan Müdafiə Nazirliyində, Hərbi-Əks Kəşfiyyat qurumlarında bu məsələni öyrənmək hələlik açıq qalır. (İnsanlar isə qeyd-şərtsiz qırılıb, məhv olur. Xatırladım ki, 1994-cü ilin birinci altı ayı ərzində idarənin rəisi, polkovnik Şəmsi Rəhimov cənabları piyadalar əleyhinə basdırılan minalarla bağlı 48 səhifəlik “Xüsusi Arayış” təqdim etmişdi.

Araşdırma materiallarına görə indiyədək minalanmış ərazilərimizdə 136 nəfər hamilə qadın, 42 nəfər bütöv ailə, 71 nəfər şikəst insan, 26 nəfər yaşlı nəslin nümayəndəsi, 18 nəfər uşaq… və s. həlak olub. Bütün bunlar haqqında Belt-da 50-dən artıq müraciət-məktub var. Amma materiallara görə təkcə 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalında 280 piyadalar əleyhinə minalardan istifadə olunub. Azərbaycan parlamentinə gəlincə millət vəkillərimiz piyadalar əleyhinə işlədilən minalarla, insan tələfatı ilə bağlı heç bir quruma müraciət etməyib.

Arayışa uyğun tam məxfi qaydada “Minalanmış kəndlər, yollar, dirriklər, ərazilər, keçid məntəqələri” adlı məxfi xəritə hazırlandı. Həmin xəritəyə “Üç imzalı xəritə” adını qoydu cənab Prezident Heydər Əliyev (Prezident Yanında Xüsusi İdarənin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin imzaladıqları xəritə).

Həmin vaxt araşdırmalar zamanı məlum oldu ki, ermənilərin “Asun” informasiya mərkəzi ekspert rəylərini, təklikdə apardıqları sorğuların nəticələrini gizlətməyə çalışdılar. Ermənilərin bu hiyləgərlikləri əleyhinə cənab Prezident Xüsusi İdarənin rəhbərliyinə göstəriş verdi ki, “Qarabağ: Nəzarətsiz zona” adlı beş dildə kitab hazırlasın. Kitab Avropa Şurasında, BMT-də, ayrı-ayrı diplomatik korpuslarda, diaspor təşkilatlarında paylanıldı. Baxılmaq üçün ölkənin Müdafiə Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə göndərilən “Üç imzalı məxfi xəritə” geri qayıtmadı. (?)

Belə bir beynəlxalq təşkilat var: - “HALO trust”. 1988-ci ildə yaradılıb. Təşkilat (Zife-Support Organization) bilavasitə müharibə aparan ərazilərdə minaların təmizlənməsini, təhlükəli zonalarda iqtisadi vəziyyəti stimullaşdırmaq üçün əkin-biçin sahələrində dinc sakinlərin təhlükəsiz həyatları üçün apardıqları işlərə görə dünyada tanınır.

Araşdırma materiallarına görə, təşkilatın liderilə, polkovnik-kəşfiyyatçı Kolinom Kempbellom Mitçellomla (nəvə Mitçellom) Prezident Heydər Əliyevlə Xüsusi İdarənin (1993-cü il) polkovniki görüşür. Kəşfiyyat polkovnikləri işğal olunmuş ərazilərimizdə piyadalar əleyhinə basdırılmış minalardan, insan həyatı üçün təhlükəli olan qadağan olunmuş hərbi sursatlardan geniş bəhs olundu. Xatırladım ki, həmin söhbətdən sonra işğal ərazilərindən təqribən 700 müxtəlif həcmli ölümsaçan minalardan təmizləndi. Halbuki, təşkilatın “Rəy-sənədlərinə” görə 1992-ci il hadisələrində əsgərlərimizin 426 nəfəri düşmən tərəfin minalarından həlak oldu. Fakt üçün xatırladaq ki, təkcə Şuşanın ətrafında basdırılmış minalardan və digər partlayış maddələrdən təmizlənməsində, aşkarlanmasında Prezident yanında Xüsusi İdarənin əməkdaşları 1993-cü ildən daha ciddi işlər gördülər. (Lakin hər şey yenidən yarımçıq qaldı. Təşkilatın üzvləri ərazidən çıxarıldı.) Amerika təşkilatı halbuki Anqolada. Çeçenistanda, Abxaziyada, Kosovoda, Mozambikdə, Əfqanıstanda üst-üstə 6459 piyadalar əleyhinə minalar və digər partlayıcı maddələr aşkar edib, zərərsizləşdirmişdilər. Digər bir məlumatda bildirilir ki, ABŞ Konqresilə, MKİ-si arasında əlaqələndirici olan general Coanı İşem ermənilərin Dağlıq Qarabağ ərazilərində apardıqları qeyri-qanuni bioloji tədqiqatlardan da bəhs edən arayışlar verib. General göstərir ki, bütün beynəlxalq təşkilatlar insanlıq naminə Azərbaycan ərazilərini terrora məruz qoyan ermənilərə qarşı birləşməli, tez bir zamanda işğal ərazilərini minalardan nə qədər ki, partlamayıb, xilas xilas etməliyik. Bu, əlbəttə böyük çağırış idi. Həmin vaxt ölkə başçısı Konqresə (ABŞ) və Ağ Evə təqribən 180 səhifəlik informasiya materialı təqdim etdi. Azərbaycan üzrə tədqiqatçı, general Koen Culi isə Prezident Yanında Xüsusi İdarənin materialları əsasında BMT-yə və Konqresin Kəşfiyyat İdarəsinə “Məxfi məktub”larını təqdim etdi. Qeyd edək ki, kəşfiyyat generalı Koen Culi həmin ərəfədə keçmiş ittifaq respublikalarında baş verən müharibələrin tədqiqatçısı idi.

Mövzu ilə bağlı keçirilən yığıncaqların birində Prezident Heydər Əliyevin belə bir sualı ortaya qoyuldu. Minaları kimlər və yaxud hansı qruplar basdırır?

Şübhəsiz, məlum idi ki, minaların basdırılmasında “Artsaxbank”, “Hayastan”, “Arsenin övladları” qrupu gecəli-gündüzlü çalışıblar. Amma bu təşkilatlar Azərbaycan Təhlükəsizlik və hərbi araşdırmaçılar tərəfindən tədqiq olunmurdu.

O biri tərəfdən də Prezident Heydər Əliyev Ermənistana qeyri-qanuni daşınan yanacağın hansı yollarla və kimlər tərəfindən daşındığını bilmək istəyirdi. Kəşfiyyat materialları çox çətinliklə yazılsa da, həmin materiallar da yoxa çıxdı?..

Toplanmış materiallara görə Dağlıq Qarabağ ərazilərində təkcə ermənilər deyil, onlara dəstək olan, ayrı-ayrı düşmən qrupları da aktiv olub, əvvəlcədən razılaşdırılmış qaydalara əsasən minaların basdırılmasında iştirak ediblər. Məsələn, “DRO” erməni dəstəsinin 120 nəfərinin işi ancaq Qarabağ ərazilərində Belçikadan, Fransadan, Pakistandan, Ərəb ölkələrindən, Almaniyadan, Böyük Britaniyadan alınan müxtəlif ölçülü və güclü itkilərə gətirib çıxaran piyadalar əleyhinə minaların bsadırılması olub.

Artıq Nyu-Yorkdakı Henri Stimson Araşdırmalar Mərkəzi işğal olunmuş ərazilərimizdəki minaların tərkibindəki kimyəvi və bakterioloji tərkibini araşdırma ilə bağlı 20 dekabr 2000-ci ildə “Toksikoloji Arxipelaq” adlı strateji hesabatını və onun yeni variantını (2020.X-5) Ağ Evə təqdim edib. Bu hesabatın 14-cü və 22-ci səhifəsində - “MDB ölkələri” paraqrafında Ermənistanın adı çəkilir. Göstərilir ki, Yerevan bakterioloji və kimyəvi silahların potensial bazasına çevriləcək. Bu silahların cərgəsində Qarabağ ərazilərində hələ də axtarılan Fransada istehsal olunmuş piyadalar üçün minalar da yer tutur.

Vaşinqtondakı Henri Smitson Mərkəzinin baş elmi işçisi Ami Smitson isə göstərir: “…Ruslar bu silahları heç vaxt könüllü məhv etməyəcəklər. Əksinə, öz müttəfiqlərinə və partnyorlarına da satacaqlar… Amerika bu haqda xiddi düşünməlidir”… (ABŞ. Pentaqona hazırlanmış hesabat. 16 oktyabr 2021-ci il. Əlavə olaraq bax: A.Smitsonun “Tədqiqatın başlanğıcı” kitabı. Vaşinqton, 2021-ci il).
MİNALANMIŞ ƏRAZİLƏRİMİZLƏ BAĞLI XÜSUSİ İDARƏNİN HAZIRLADIĞI XƏRİTƏLƏR NƏ ÜÇÜN YOXA ÇIXDI?-Aktual

Yerevandakı Orbeli küçəsi 22-də yerləşən əsəb sistemləri üzrə fiziologiya laboratoriyası əməkdaşlarından V.A.Toqosyanın və A.V.Arşakyanın 1998-ci il noyabrın 4-də DQ-a yandırılan Qarabağa ezam olunmaları və orada bu laboratoriyanın filialını yaratmaları nəzərdən qaçmamalıdır. Çünki alimlər ilk sınaq təcrübələrini də məhz Qarabağda “Hayastan” Xeyriyyə Cəmiyyətinin dəstəsi çərçivəsində əsirlərimiz üzərində aparıblar.

Araşdırma materiallarında olan fakt və sənədlər təhlil olunarkən, yəqin etdik ki, erməni separatçılarının və 366-cı rus alayının əsgərlərinə qoşularaq Xocalı yaşayış məntəqəsində törətdikləri cinayətlər Ermənistanın MN-də, hərbi əks-kəşfiyyat və kəşfiyyat idarələrində hazırlanan “Hayastan Doktrinası” adı altında keçirilib. Yazılan bu kitabın müəllifləri ötən əsrin 90-cı illərində, yəni ermənilərin törətdikləri rüsvayçı və cinayətkar hadisələrin araşdırılmasında iştirak edib, erməni kəşfiyyatının “Hayastan Doktrinası”nı ifşa edən sənədlərdə əldə ediblər. O vaxt Azərbaycan prezidenti olmuş Ulu Öndərin təsis etdiyi “Prezident Yanında Xüsusi İdarə”nin əməkdaşları (1994-cü il) “Hayastan Doktrinası” adı altında keçirilən “Mina əməliyyatı”nı ifşa ediblər. Biz Xocalıda keçirilən bu əməliyyat doktrinasının xeyli vaxt idi ki, səbəb və nəticələrini axtarırdıq. Bu doktrinanın fərqli cəhətlərindən biri onun “Hərbi terror Doktrinası” olması idi.

…1994-cü ilin sonlarında Ermənistan xüsusi xidməti orqanları, məqsədi siyasi rəqibləri, siyasi və iqtisadi kəşfiyyatı məhv etmək, narkotiklərin tranzitini təmin etmək olan gizli “DRO” terrorçu təşkilatını üzə çıxartdı. Biz araşdırma materiallarında “DRO” haqqında geniş məlumatlar versək də, onun törətdiyi cinayətlər hələ də bitib-tükənmir. Aşkar olunan sənədlər və Azərbaycan Respublikası Hərbi Prokurorluğundakı təqsirkarların etirafları şəksiz sübut etdi ki, “DRO” – erməni “Daşnaksütyun inqilabi federasiyası”nın törəməsidir (EDİF) və bu partiyanın ali rəhbər orqanı – Büronun gizli qərarı ilə yaradılmışdır (bütün bu sənədlər 1994-cü ilin fevral-martında parlament qəzeti “Hayastani Ayropetutyun” qəzetində dərc edilmişdir). Hesablarında bir sıra qətllər olan “DRO” üzvlərinin böyük əksəriyyəti, həmçinin terrorizmi öz mübarizəsinin əsas metodlarından biri hesab edən və bunu heç vaxt gizlətməyən EDİF-in üzvləri idi. Məsələn, Fransa Hərbi Kəşfiyyatının sənədlərində “DRO” – ən güclü “Mina düzən təşkilat kimi qeyd olunurdu”.

Bu dəfə erməni ictimaiyyəti artıq daxili terrorizmlə üz-üzə gəldi. Lakin cəmiyyət, faktiki olaraq bu təhlükəli hadisəyə biganə qaldı. Terror təşkilatının yaradılması və fəaliyyəti faktlarına belə sakit münasibətin səbəbləri çoxdur.

Erməni cəmiyyətində “İnsan hüquqları” ilə “Sağlam düşüncə” üz-üzə qalmışdı. Əyalətdə insan hüquqları daraldıqca, sıradan çıxdıqca, sağlam düşüncə və təfəkkürə daha ehtiyac qalmırdı. Erməni separatçılar bütöv Qafqazda beynəlxalq terror üçün qara bazara çevrilməkdə idi. Ən adi insan hüquqları pozulmuşdu. Yaşayış məntəqələrinin yandırılması, insanların, dinc əhalinin gülləbaran edilməsi əsl terror idi. Belə anlarda rus yazarı, hadisələri təsvir etməyə çalışan N.Prokovyev verdiyi açıqlamasında qeyd etdiyi “…ermənilər vəhşiləşmişdi…” ifadə yaddaşımdan çıxmır (Bax: “İzvestisiya” qəzeti. 1995, VI. 4). İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyası, eləcə də işgəncənin və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyası pozulmuşdu.

2001-ci il iyulun 21-də Amerika Birləşmiş Ştatlarının hərbi strategiyasının əsas müddəalarını əks etdirən 30 səhifəlik məxfi bir hesabat dinlənildi. Həmin hesabatda piyadalar əleyhinə basdırılmış minalardan gedir. Həmin müddəalardan birində deyilir: “…Amerika nüvə, kimyəvi, bakterioloji silahlardan qorunmalıdır. O, planetin vacib nöqtələrinə nəzarəti artırmalıdır. Ərazilərin minalardan qorunmasına yardım etməlidir…” (Bax: “Armed Forces Journal” (“Hərbi qüvvələrin jurnalı”). Vaşinqton, 2021, № 11).

“Vacib nöqtə” deyəndə, sənəddə Avropa, Şimal-Şərqi Asiya, Şərqi Asiya rayonları, Yaxın Şərq, Cənub-Qərbi Asiya və Cənubi Qafqaz nəzərdə tutulurdu. İçməli su, torpaq üstündə başlanan münaqişə və ya müharibə zonaları xatırladılırdı. Təəssüf ki, bu cərgədə torpaqları qəddarlıqla bölünmüş, kütləvi terror planları ilə işğal olunmuş, Azərbaycan torpaqlarının – yandırılmış və başdan-başa minalanmış

Xocalının, Laçının, Zəngilanın, Qubadlının, Füzuli və Cəbrayılın, Ağdamın adı çəkilmir…

İşğal olunmuş Qubadlıda ermənilər öz “mina qəbiristanlıqları”nı bir az da genişləndirdilər. Bərgüşad və Həkəri çayları arasındakı ərazidə, vaxtilə yurd yerlərimiz olmuş (şimal və şimal-şərq hissələri) Qayalı, Mahmudlu, Qaracallı, Sarıyataq kəndlərində minaların basdırılması üçün xüsusi sahələr ayrılıb. Bu işi bir qayda olaraq “Dağlıq Qarabağ ordusu”nun “radiokimyəvi qrupu”nun əsgərləri həyata keçirirlər. 2000-ci ildə Xankəndinin hərbi hospitalına qan xərçəngi ilə müraciət edən gənclərin (onların hamısı vaxtilə orduda “radiokimyəvi qrup”da xidmət edənlərdir) sayı 22 nəfər olub (Bax: eyni mənbə). Digər tərəfdən, ordudan tərxis olunmuş ermənilərin ailələrində dünyaya gələn uşaqlarda kütləvi sepsis – yəni qanın zəhərlənməsi xəstəliyi müşahidə olunub. Onların əksəriyyəti məhz minaya düşən əsgərlərdir.

Maraqlı cəhət budur ki, ABŞ-ın Tennesi ştatında Vanderbilt və Nasivil universitetlərinin milliyyətcə erməni olan həkim qrupu da həmin zonalarda tədqiqatlarını davam etdirmək niyyətində olduqlarını bildiriblər. Onlar Xankəndində erməni uşaqları arasında yayılmış sepsis xəstəliyinin, qandakı bakterioloji infeksiyanın qarşısını alan “Zovan” preparatlarından geniş istifadə edəcəklərini də qeyd ediblər.

Həmçinin sənədlərdə göstərilir ki,...dəstək olaraq ərazilərin minalardan təmizlənməsi üçün “Xüsusi taktiki kəşfiyyat” məktəbi də yaradılıb. Fikrimizcə, Azərbaycanın da belə bir quruma ehtiyacı var.

İşğal olunmuş ərazilərimizin vaxt-bivaxt yandıran, minaların yerini dəyişən erməni terrorçuları (əsasən “DRO”-nun üzvləri) haqqında ilk məlumatları da məhz Prezidentin Xüsusi İdarəsinin şöbə müdirləri general Vahid Əliyev, polkovnik Həsən Məhəmmədov, polkovnik Malik Nurməhəmmədov… tərəfindən qeydə alınıb.

Maraqlıdır ki, bu gün həmin faktları göstərən materialların heç biri yoxdur… Səbəblər isə bilinmir. Nə üçün?..

Qeyd edim ki, bizim bütün bunlarla bağlı çox mühüm strateji proqramımız var. Maraqlısı budur ki, aranı yenə gözəgörünməz düşmən kəsib…
MİNALANMIŞ ƏRAZİLƏRİMİZLƏ BAĞLI XÜSUSİ İDARƏNİN HAZIRLADIĞI XƏRİTƏLƏR NƏ ÜÇÜN YOXA ÇIXDI?-Aktual




Rövşən Novruzoğlu:

Təhlükəsizlik üzrə ekspert, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram