Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Pandemiyada səyahət: Azərbaycanlılar hansı ölkəyə buraxılır? - Bu şərtlərə uyğun gəlirsinizsə…

Pandemiyada səyahət: Azərbaycanlılar hansı ölkəyə buraxılır? - Bu şərtlərə uyğun gəlirsinizsə…
23-04-2021, 13:40 82 dəfə baxılıb

Pandemiyada səyahət: Azərbaycanlılar hansı ölkəyə buraxılır? - Bu şərtlərə uyğun gəlirsinizsə…

DogruXeber.az: - Pandemiya ölkələrin sərhədlərini bir ildən artıqdır ki, bağlamasına, ciddi məhdudiyyətlərə və bu səbəbdən qaynaqlanan turist itkisinə səbəb olub.

Azərbaycan da bu problemlərdən yan keçməyib. Müəyyən yumşaldılmalar olsa da, hələ də xarici səfərlərə qadağalar qalmaqdadır.

Maraqlıdır, hazırda azərbaycanlılar hansı ölkələrə və hansı şərtlərlə buraxılır?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən turizm üzrə ekspert Eldar Dərgahov bildirib ki, hazırda Azərbaycandan Türkiyə, Rusiya, Ukrayna, Belarus, Maldiv adaları, Misir və İndoneziya istiqamətində müntəzəm uçuşlar həyata keçirilir.

“Bu ölkələrə getmək üçün bir sıra şərtlər yerinə yetirilməlidir. Adi qaydada COVİD testi verilməlidir. COVİD testi neqativ çıxdıqdan sonra həmin ölkəyə getmək şansı əldə edirik. Pozitiv çıxdığı şəraitdə getməyə icazə verilmir. Azərbaycanlı turistlər səyahət edəcəkləri ölkəyə getməzdən əvvəl müvafiq sənəd doldurmalıdır. Həmin sənəd də gedəcəyi ölkə, qalacağı hotelin adı, Bakıda hansı ünvanda yaşaması və COVİD testinin QR kodu olmalıdır”.

Ekspertin sözlərinə görə, bəzi ölkələrə hələ ki, birbaşa reyslər açılmayıb. Məsələn, Misirə Bakı-İstanbul, Maldiv adalarına isə Bakı-Dubay üzərindən uçuşlar həyata keçirilir:

“Hazırda Azərbaycan turistləri üçün Rusiya, Ukrayna, Belarus, Türkiyə, BƏƏ, İndoneziya kimi ölkələrə uçuşlara heç bir qadağa yoxdur. Azərbaycanlılar sərbəst şəkildə bu ölkələrə gedib gələ bilir”.

Eldar Dərgahov bildirib ki, əsas problemlərdən biri Avropaya turizm uçuşlarına icazə verilməməsidir:

“Avropa ölkələrinin heç birinə sərbəst şəkildə viza alıb gedə bilmirik. Ancaq üsusi istisna hallarda həmin ölkələrə səyahət etməyə icazə verilir. Birinci əgər yaxın qohumluq əlaqəsi varsa, əsasən ata, ana, həyat yoldaşı və uşaq həmin ölkənin vətəndaşıdırsa mümkün olur. İkinci şərt hər hansı Avropa ölkəsində oturma icazəsinin olmasıyla bağlıdır. Bu halda da həmin ölkəyə getməyə icazə verilir. Üçüncü şərt diplomatik səyahətlər, dördüncü şərt təhsildir. Yəni tələbə olduğun halda Avropa ölkələrinə getmək imkanımız var. Bu ölkələrə Azərbaycandan birbaşa uçuşlar yoxdur”.

Məlumdur ki, hər il azərbaycanlılar yay aylarında Türkiyənin İstanbul, Antalya, İzmir kimi şəhərlərinə dincəlmək üçün üz tuturdular.

Ekspert qeyd edib ki, hazırda pandemiya şəraitində xüsusi reyslər olduğuna görə biletlərin qiymətində kəskin fərq var. AZAL tərəfindən Bakı-İzmir, Bakı-İstanbul istiqamətində həyata keçirilən xüsusi birtərəfli reyslərdə qiymətlər 315 manatdan başlayır. İkitərəfi reyslər isə əsasən Bakı-İstanbul-Bakı, Bakı-İzmir-Bakı, Bodrum və Antalya üzrədir ki, burada qiymətlər 770 manatdan hesablanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram