Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yeni səhiyyə naziri kim olacaq? - İDDİA

26-04-2021, 11:42

Yeni səhiyyə naziri kim olacaq? - İDDİA







DogruXeber.az: - Xəbər verildiyi kimi, ötən həftə səhiyyə naziri Oqtay Şirəliyev tutduğu vəzifədən azad edildi. JAMAZ.İNFO xəbər verir ki, uzun müddət səhiyyə sistemini bərbah şəkilə salmış və əksəriyyətin narazılıq etdiyi Şirəliyevin səlahiyyətləri isə bir müddətlik, yəni yeni nazir təyin olunana qədər Teymur Musayevə həvalə olunub.

Qeyd edək ki, Musayev nazir işdən çıxarıldıqdan sonra səhiyyə nazirinin birinci müavini postuna təyinat alıb. Amma buna baxmayaraq, yeni nazirin kim olacağı məsələsi açıq olaraq qalıb.

Gələn bilgilərdən bəlli olan odur ki, Səhiyyə Nazirliyinin gələcəyi ilə bağlı hakimiyyətdə yekdil fikir yoxdur. Belə ki, bu nazirliyin ləğv olunaraq, daha bir neçə strukturu birləşdirməklə yeni qurumun yaradılması nəzərdən keçirilir. Lakin başqa bir plan da odur ki, Səhiyyə Nazirliyi yerində qalır və Şirəliyevin yerinə yeni birisi gətirilir.

JAMAZ.İNFO xəbər verir ki, bu posta namizədlərin sayı elə də çox deyil. Lap əvvəldən TƏBİB-in rəhbəri Ramin Bayramovun nazir olacağına dair bilgilər olsa da, sonradan hakim dairələr onun namizədliyinin üzərindən xətt çəkiblər. Və buna səbəb də bir çox mətləblərdir. Çünki Səhiyyə Nazirliyinin daxilindəki qruplarla Bayramov arasında sıx ittifaqın olduğu məlum olub ki, həmin qrup da hakimiyyət tərəfindən müsbət qarşılanmır.

Yeni naziriin kim olacağı ilə bağlı fikir ayrılığı olmasa da, optimal birinin üzərində dayanılması məsələsində müzkirələr mövcuddur. Məsələ belədir ki, hakimiyyətin içindəki qruplaşmaların böyük əksəriyyətinin namizədi yoxdur. Varsa da onun Səhiyyə Nazirliyinin imicini düzəldə biləcəyinə etimad göstərilmir. Bu sırada deputat Qənirə Paşayevadan tutmuş, Əhliman Əmiraslanova qədər çoxlarının adı çəkilir. Lakin gələn xəbərlərdən belə başa düşülür ki, yeni nazir hazırda özəl klinikalardan birinin rəhbəri də ola bilər. Ancaq bu şəxs hansı klinikanın baş həkimidir sualı açıq olaraq qalır. Ona görə ki, hakimiyyət dairələrinin nəzarətində xeyli sayda özəl klinikalar var və onların rəhbərləri ilə də sıx münasibətlər mövcuddur.

Elə gedişatdan da belə başa düşülür ki, yeni nazir kifayət qədər tanınmış biri olmayacaq. Bunu son təyinatlardan da təxmin etmək mümkündür. Məsələn, Su və Meliorasiya ASC-yə BRAVO marketlər şəbəkəsində çalışmış birinin gətirilməsi bunun əyani sübutlarından biridir. Mümkündür ki, yeni səhiyyə naziri də, tanınmamış biri olsun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram