Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Alimpaşa Məmmədovdan nə xəbər var? - Şəmkir İcra Hakimiyyətindən AÇIQLAMA

27-04-2021, 11:42

Alimpaşa Məmmədovdan nə xəbər var? - Şəmkir İcra Hakimiyyətindən AÇIQLAMA

DogruXeber.az: - “Şəmkir rayon İcra Hakimiyyətində adi iş günüdür, əməkdaşlar işinin başındadır”.

Bunu Modern.az-a açıqlamasında rayonun İnformasiya təminatı və təhlili sektorunun müdiri Natiq Qələndərov bildirib.

“Bəs Alimpaşa Məmmədov da işdədirmi” sualına, hüquq-mühafizə orqanları tərəfindən rayon İcra Hakimiyyətində keçirilmiş əməliyyata gəlincə, N.Qələndorov əməliyyat keçirildiyini təkzib etməyib.

Bununla belə, məsələ ilə bağlı informasiya vermək səlahiyyətinin olmadığını da deyib:

“Mənim bununla bağlı məlumat vermək səlahiyyətim yoxdur. Yaxşı olar ki, hüquq-mühafizə orqanlarına müraciət edəsiniz”.

Qeyri-rəsmi məlumatlara görə, dünən Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun, başçının birinci müavini Qüdrət Əliyevin, Təhsil şöbəsinin müdiri Qüdrət Əliyevin, baş memar İlqar Quliyevin, Şəmkir şəhər icra nümayəndəsi Pərviz İbrahimovun və Mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin saxlanıldığı bildirilir.

Xatırladaq ki, Alimpaşa Məmmədov əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram