Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

RUSİYADAN YENİ HOQQABAZLIQ: Ermənistana silah ötürülür - Gürcülər GERİ QAYTARDI

RUSİYADAN YENİ HOQQABAZLIQ: Ermənistana silah ötürülür - Gürcülər GERİ QAYTARDI
28-04-2021, 14:13 107 dəfə baxılıb

RUSİYADAN YENİ HOQQABAZLIQ: Ermənistana silah ötürülür - Gürcülər GERİ QAYTARDI

DogruXeber.az: - Gürcüstan güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.

Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürüclərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır.

Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.

BU LİNKƏ DİQQƏT EDİN:

https://www.facebook.com/lyudmila.lr/posts/1133691257134598






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram