Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İnam Kərimovun bu fermerlərdən xəbəri varmı? - “Camaatı incidirlər”

İnam Kərimovun bu fermerlərdən xəbəri varmı? - “Camaatı incidirlər”
1-05-2021, 16:18 110 dəfə baxılıb

İnam Kərimovun bu fermerlərdən xəbəri varmı? - “Camaatı incidirlər”

Saatlı rayonunun Nabatkənd kəndinin sakinləri əsasən əkinçilik, qismən də maldarlıq hesabına dolanırlar. Bir neçə ildir ki, su çatışmazlığı onlara ciddi problem yaradır.

DogruXeber.az DİA.AZ-a istinadən xəbər verir ki, kənd sakini Vəlixan Hüseynov danışır ki, bu il üstəlik, subsidiyaların gecikməsi vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, çarəsiz vəziyyətdə qalıblar:

“Əkinin öz vaxtı var, hər şey qaydasında olmasa, çəkdiyin zəhmət də batır. Taxıla gübrə vermək lazımdır, vaxt keçir. Amma subsidiyaları vermirlər, camaatı incidirlər. Taxıla da bundan sonra gübrə verməyin nə mənası var?”

Onun sözlərinə görə, Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə dəfələrlə gedib-gəlib, amma hələ ki, subsidiyanı ala bilməyib: “Deyirlər ki, sistemə oturmayıb. Nə vaxt sistemə otursa, onda ödəniləcək. Nə yoncanınkı verilir, nə taxılınkı. Camaat qalıb belə. Nə müəmmadır, bilinmir. Başa düşə bilmirik ki, niyə gecikdirirlər”.

Vəlixan Hüseynov deyir ki, kənddə subsidiya alanların çox az bir hissəsinə verilib. Qalanlara isə gecikmənin səbəbi barədə konkret heç nə deyilmir.

Kənd sakini susuzluqdan da gileylənir. Deyir ki, bir neçə ildir bu problemi yaşayırlar: “Bizə su gəlib çıxmır. Əkinlərimiz susuz qalır. Yaman günə qalırıq. Azadkəndin arxa hissəsində oliqarxların torpaq sahələri var, məhsul əkdirirlər. Olan su da onların ərazilərinə yönləndirilir. Bizim kəndlər susuzluqdan yanır. Bizdə əsas dolanışıq taxılçılıq, pambıqçılıq, bostançılıq və heyvandarlığın hesabınadır. Susuzluğa görə bunların heç birini eləyə bilmirik. Hamı əlini göyə - Allaha qaldırıb dua edir ki, yağış yağsın. Başqa əlacımız yoxdur...”

Vəlixan Hüseynov vurğulayıb ki, onsuz da maddi baxımdan ağır şərtlər altında yaşayan kənd əhalisi içməli suyu maşınlarla almaq məcburiyyətindədir. Onun sözlərinə görə, su maşınları qonşu Sabirabad rayonu ərazisində Kür çayından doldurub gətirir: “Bir maşın suya 15-20 manat veririk. Yuyunmaq üçün isə quyu suyundan istifadə olunur. Əksəriyyətin həyətində quyu var, oradan çıxan texniki suyu heyvanlara da veririk, əl-ayağımızı da onunla yuyuruq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram