Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: - “Bu saxtakarlığa əl atan məmurlar cəzalandırılmır”

Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: - “Bu saxtakarlığa əl atan məmurlar cəzalandırılmır”
1-05-2021, 18:50 172 dəfə baxılıb

Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: - “Bu saxtakarlığa əl atan məmurlar cəzalandırılmır”

“Keçmiş nazirin fəaliyyəti dövründə əlilliyi olmayan çox sayda vətəndaş əlillik dərəcəsi alıb”.

DogruXeber.az Yenicag.az-a istinadən xəbər verir ki, bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövründə vüsət almış “əlillik biznesi”ni dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı bildirib ki, Səlim Müslümovun nazir olduğu dövrdə ölkə üzrə əlillərin sayı əhəmiyyətli dərəcədə artırılıb:

“Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib. Məsələ burasındadır ki, əlilliyi olmayanların əlillik dərəcəsi alıb, həqiqətən, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edərək sosial müdafiə proqramlarından yararlana bilməyiblər.

Buna görə də hazırda bütün əlillər yenidən 3-4 pilləli yoxlanışlardan keçirilir. Əlilliyinin yoxlanılması dövründə əlil olanların itirdikləri pensiya və ya müavinətlərin ödənişi dayandırılır. Maraqlıdır ki, qanunsuz olaraq verilən əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, amma buna qol qoyan məmurların heç biri cəzalandırılmır. Əlilliyi gerçək olan vətəndaşların sosial vəziyyəti isə nəzərə alınmır. Pensiyası və müavinəti kəsilən həqiqi əlil olanların necə dolanacağını düşünən yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram