“Sovetski uğrunda mübarizə” davam edir - Sakinlərdən rəsmi açıqlamaya etiraz[/center][center]
DogruXeber.az: - Bu yaxınlarda Maliyyə Nazirliyi keçmiş “Sovetski” ərazisində yaşayan bir qrup sakinin evləri üçün pulun tam ödənilməməsi ilə bağlı açıqlamalarına münasibət bildirdi.

Xatırlatmaq istərdik ki, 2014-cü ilin fevralında keçmiş “Sovetski” ərazisindəki evlərin sökülməsinə başlandı. Qeyd edək ki, “Sovetski” Bakının Yasamal rayonunda, Nəriman Nərimanov prospekti (keçmiş Sovetskaya küçəsi) ilə Səid Rüstəmov və Zülfi Adıgözəlov küçələri arasında yerləşən tarixi yaşayış məhəlləsidir. Rəsmi məlumata görə, 26 hektardan çox ərazidə ümumilikdə 1920 ev sökülməli idi.

Maliyyə Nazirliyinin (MN) şərhinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, göstərilən ərazidə bazar qiymətləri müstəqil qiymətləndirmə şirkətinin iştirakı ilə öyrənilib: “Vəsaitlər notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla, müvafiq banklarda sakinlərin adına açılan hesablara köçürülüb və heç bir çıxılma və xərclər olmadan vətəndaşlar tərəfindən qəbul edilib. Və bu baxımdan, alqı-satqı dövründə kirayəçilərdən heç bir iddia olmayıb”.

“Köçürmə zamanı torpaq sahələrinin özəl mülkiyyəti olduqları barədə müvafiq sənədləri təqdim edən sakinlərə əlavə təzminat ödənilib. Notarial qaydada təsdiqlənmiş əməliyyatlara uyğun olaraq könüllü razılıq əsasında köçürülən şəxslərin təkrar şikayətləri, dövlət qurumlarının və ayrı-ayrı məmurların mediada və sosial şəbəkələrdə tənqidi tamamilə əsassızdır və həqiqəti əks etdirmir”, - deyə MN-in məlumatında bildirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin AYNA-ya dediyinə görə, evlərinin yerləşdiyi əraziyə sahib olduqlarını təsdiqləyən sənədlər təqdim edən bütün “Sovetski” sakinləri təzminat alıblar: “Vətəndaşların əmlak alqı-satqısı könüllü olaraq həyata keçirildi. Notarius tərəfindən təsdiqlənməklə bütün sakinlərlə protokol müqaviləsi bağlandı”.

“Sovetski” sakinlərinin maraqlarını təmsil edən vəkil Cavad Cavadov isə AYNA-ya açıqlamasında Piriyevin açıqlamalarını təkzib edib: “Hansı könüllü alqı-satqıdan danışırıq? Əlli nəfər icra hakimiyyətinin verdiyi iddia əsasında məhkəmə qərarı ilə evlərindən çıxarılıb”.

Onun sözlərinə görə, keçmiş “Sovetski” sakinlərindən heç biri torpağa görə təzminat almayıb: “Sahib olduqlarını təsdiqləyən sənədləri, yəni “kupça”ları yoxdur. Əslində heç buna ehtiyacları da yoxdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi evlərinin altındakı qanuni istifadəsində olan torpaqlar onların şəxsi mülkiyyətidir”.

Vəkil qeyd edib ki, təzminat məbləğinin hansı meyarlara əsasən, necə təyin olunduğu hələ də aydın deyil: “Çünki qeyri-yaşayış sahəsi üçün bir məbləğ kompensasiya təyin olundu və yaşayış sahəsi üçün tamamilə fərqli bir məbləğ. Nəticədə insanlar o qədər cüzi bir təzminat aldılar ki, indiyə qədər bir çoxu özləri üçün mənzil ala bilməyib və kirayə mənzillərdə yaşamağa məcbur qalıb. Düzdür, sonradan bəzilərinə “maddi yardım” verildi. Ancaq bu maddi yardımın niyə bütün köçürülənlərə verilmədiyi aydın deyil”.

Yeri gəlmişkən, doğrudan da “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi yaşayış binalarının altındakı qanuni istifadəsində olan torpaqlar xüsusi mülkiyyətinə verilməlidir (https: / /files.preslib.az/projects/ azereco / ru / eco_m4_2.pdf).

Ərazinin sakini, Səid Rüstəmov küçəsi 35 ünvanında yaşayan Qafur Həsənov da AYNA-ya açıqlamasında Cavad Cavadovun dediklərini təsdiqləyib. Dediyinə görə, torpaq üçün ona təzminat verilməyib.

“Evin təzminatı olaraq təklif olunan məbləğlə razılaşmadım. Sonra icra hakimiyyəti orqanları məhkəməyə müraciət etdi. Məhkəmə icra hakimiyyətinin lehinə qərar çıxardı. Məhkəmə qərarına görə, sökülməli olan evimdən çıxmalıyam. Kompensasiya olaraq icra hakimiyyəti orqanları mənə 123 min manat ödəməlidir”. //ayna.az//

Son xəbərlər

Cənab Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı çıxış edib

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsdi

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur

ADAU rektoruna ŞOK İTTİHAM - SƏN DEMƏ...

Oğuzda respublika əhəmiyyətli yol yararsız vəziyyətdədir - VİDEO

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi

Şirzad Abdullayev vəzifədə olmasa da... - Adı qalmaqalda hallanır

AMEA-da təcili müşavirə keçirildi: Kərim Şükürovun istefası qəbul olunmadı

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində ciddi tədbir görüldü

“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

Hərbi Prokurorluğun 6 əməkdaşı cəzalandırılıb

Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB

"Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır" - Ziya Məmmədovun qardaşından İTTİHAM

Turistləri heyran qoyan İlisu kəndinin bitmək bilməyən su problemi - FOTO

Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı - SƏBƏB

“Azərbaycan Dəmir Yolları"na məxsus tikili yanıb

Mülayim cənub-qərb küləyi əsəcək

Daha bir məktəb əyani tədrisə qayıdıb

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldılıb

Azərbaycanda bu siqaret də - BAHALAŞDI

Əhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İLGİNC SƏBƏBLƏR

Şok Şok! Ekologiya nazirinin müavini Vüqar Kərimova söykənən "meşə quldurları"

Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq

Almanın tükənməz faydaları

Ulduzlar bu gün nə deyir ...

Cavid Qurbanov məhkəməyə çəkildi - 1.5 milyon dollar borc, 553 min dollar faiz...

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Bütün xəbərlər