Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu gün ikinci Qədr gecəsidir

Bu gün ikinci Qədr gecəsidir
3-05-2021, 10:24 84 dəfə baxılıb

Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

DogruXeber.az: - "Report" xəbər verir ki, ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının üçüncü Qədr gecəsi mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq.

Mayın 1-dən 2-nə keçən gecə isə Ramazan ayının ilk Qədr gecəsi keçirilib.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram