“Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun qohumları ilə bağlı ŞOK İDDİA - VİDEO


“Mən xalqımızdan, prezidentimdən və Mehriban xanım Əliyevadan, aidiyyəti orqanlardan kömək istəyirəm. Çünki həyati təhlükəm var. Bir müddət özümü qorxudurdular, şantaj edirdilər, ölümlə hədələyirdilər. Artıq övladıma keçiblər, məni oğlümla şantaj edirlər”.

DogruXeber.az KONKRET.az-aistinadən xəbər verir ki, bu fikirləri ölkədə böyük bir dələduzluq seti yaradan şəxslər barədə məlumat verən vətəndaş Gülşən Əziz qızı Salmanova bildirib. Redaksiyamıza bu fırıldaqçı şəbəkənin əsas üzvləri haqqında danışan G.Salmanova təxminən 60 min manata yaxın pulunun mənimsənilməsində Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun, kürəkəni Bayram Mətləb oğlu Aslanovun və oğlu İgidalı Hüseynovun (Baba ləqəbli) adlarını çəkib. G.Salmanova məsələ ilə bağlı bunları bildirib:

“Mən 2017-ci ildə Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun kürəkəni Bayram Aslanovla tanış olmuşam. O, ilk öncə mənə evli olduğunu bildirsə də, boşanacağını da demişdi. Biz bir neçə il yaxın münasibətdə olmuşuq. Və elə bu illər ərzində də Bayram fırıldaqçılıq yolu ilə mənim 60 min manata yaxın pulumu mənimsəyib. Belə ki, tanış olduğumuz ilk dövrlərdə o, mənə yeni maşın almaq adıyla Nissan Sunny-mi 9 min manat nağd pula satdırdı. Əvəzində isə kredit yolu ilə Hyundai Elantra götürdü. Həmin maşının sənədlərini isə mənə hazır şəkildə gətirib göstərdi və dedi ki, kreditini də özü ödəyəcək. İki aydan sonra isə məlum oldu ki, sən demə, bu maşın kirayəyə götürülübmüş.

“Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun qohumları ilə bağlı ŞOK İDDİA - VİDEO

Məmməd Hüseynov, Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi

Ümumiyyətlə, Bayram “Okean” avto salonunun xətti ilə, konkret olaraq orada çalışan Əlişir adlı adamın əli ilə məni bir neçə dəfə bilə-bilə “maşın oyunlarına” salıb. Və Bayram oradan mənə Kia Sportage maşını da götürmüşdü ki, sonradan o maşın da itib-batırıldı. Amma aylarla mənə “Okean”dan kreditlə bağlı zənglər gəldi. Həmin vaxt Bayram artıq növbəti dəfə həbs edilmişdi”.

Bayram Aslanovun bir neçə dəfə həbsdə olduğunu deyən G.Salmanova onu da bildirir ki, son dəfə o, 2019-cu ildə soyğunçuluq üstündə cinayət məsuliyyətinə cəlb olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilsə də, qayınatası Məmməd Hüseynovun köməkliyi ilə 1 il 8 aydan sonra şərti azadlığa buraxılıb. M.Hüseynovun kürəkəni B.Aslanovu hərtərəfli himayə etməsinin səbəbini isə şikayətçi belə izah edir:

“Bayram qayınatası Məmmədin bütün saxta işlərini gördüyü üçün o da onun əməllərini ört-basdır edir. Elə mənim Xırdalanda yeni inşa edilən çoxmərtəbəli binadakı 72 kv.m-lik ikiotaqlı mənzilimin satılaraq pulunun mənimsənilməsində də qayınata-kürəkən əlbir olublar. Belə ki, Bayramla bir yerdə yaşadığımız müddətdə mənə dedi ki, qayınatası Məmmədin zavodu var və dəmir alqı-satqısı işləri ilə məşğul olurlar. Mənə təklif etdi ki, evimi satıb həmin işə qoyaq. Mən öncə buna razı olmasam da, Bayram dilə tutdu ki, işi düzüb-qoşan kimi mənə yol qırağında gözəllik salonu açmaq üçün əlverişli bir yerdə mənzil alacaq. Mən Bayramın təklifinə razı oldum və evim tez bir zamanda satıldı. Bu işə həm də ona görə razılıq verdim ki, Bayramın qayınatası Məmməd dövlət işində çalışır və güman etmirdim ki, bir məmur kimi o, fırıldaq işlərlə məşğul ola bilər. Amma mən yanıldım…”.

“Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun qohumları ilə bağlı ŞOK İDDİA - VİDEO

Bayram Aslanov

Şikayətçi xüsusi olaraq vurğulayır ki, kürəkəni Bayram tərəfindən mənimsənilən pulunun geri qaytarılması üçün illərdir M.Hüseynova müraciət etsə də, hələ də onun yağlı dili ilə yola verilir: “Məmməd özü mənimlə borc məsələsinə görə bir neçə dəfə görüşsə də, işi həll etmək əvəzinə, mənə qarşı hətta əxlaqsız hərəkətlər və təkliflər də edib. Onu da deyim ki, mənim bu insanların fırıldaqçılıqlarının qurbanına çevrilməyimdə Məmmədin oğlu İgidalının da rolu var. Belə ki, İgidalı da dəfələrlə məni bir çox məsələlərdə nələrəsə inandırmağa çalışıb”.

Evi olmadığı üçün hazırda övladı ilə pis bir şəraitdə yaşayan Gülşən Salmanova onu da əlavə edir ki, uzun illərdir təkidlə pulunu tələb etməsinə görə Bayram tərəfindən təhdid edilir, övladı ilə qorxudulur.

G.Salmanova məsələ ilə bağlı “Azəriqaz”ın direktor müavini Cahid Hüseynova da müraciət etdiyini, lakin ondan heç bir dəstək ala bilmədiyini də deyir. Qeyd edək ki, Cahid Hüseynov problemdə adı hallanan Məmməd Hüseynovun bacısı oğlu və kürəkənidir.

“Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun qohumları ilə bağlı ŞOK İDDİA - VİDEO

Bayram Aslanov və Gülşən Salmanova

KONKRET.az şikayətçinin məsələ ilə bağlı ölkə başçısına və aidiyyəti orqanlara videomüraciətini də təqdim edir:


P.S. Məsələ ilə bağlı Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd Hüseynovun mövqeyini öyrənmək üçün etdiyimiz zənglər cavabsız qaldı…// konkret.az

Son xəbərlər

Cənab Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı çıxış edib

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsdi

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur

ADAU rektoruna ŞOK İTTİHAM - SƏN DEMƏ...

Oğuzda respublika əhəmiyyətli yol yararsız vəziyyətdədir - VİDEO

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi

Şirzad Abdullayev vəzifədə olmasa da... - Adı qalmaqalda hallanır

AMEA-da təcili müşavirə keçirildi: Kərim Şükürovun istefası qəbul olunmadı

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində ciddi tədbir görüldü

“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

Hərbi Prokurorluğun 6 əməkdaşı cəzalandırılıb

Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB

"Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır" - Ziya Məmmədovun qardaşından İTTİHAM

Turistləri heyran qoyan İlisu kəndinin bitmək bilməyən su problemi - FOTO

Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı - SƏBƏB

“Azərbaycan Dəmir Yolları"na məxsus tikili yanıb

Mülayim cənub-qərb küləyi əsəcək

Daha bir məktəb əyani tədrisə qayıdıb

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldılıb

Azərbaycanda bu siqaret də - BAHALAŞDI

Əhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İLGİNC SƏBƏBLƏR

Şok Şok! Ekologiya nazirinin müavini Vüqar Kərimova söykənən "meşə quldurları"

Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq

Almanın tükənməz faydaları

Ulduzlar bu gün nə deyir ...

Cavid Qurbanov məhkəməyə çəkildi - 1.5 milyon dollar borc, 553 min dollar faiz...

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Bütün xəbərlər