Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qusarda camaatın torpağını kim zəbt edib? - Prezidentə müraciət olundu

Qusarda camaatın torpağını kim zəbt edib? - Prezidentə müraciət olundu
4-05-2021, 10:54 65 dəfə baxılıb

Qusarda camaatın torpağını kim zəbt edib? - Prezidentə müraciət olundu

DogruXeber.az: - Qusar rayonu, Zindan-Muruq kəndində yaşayan sakinlər Əliağa Qromov, İsabalayev Xanbala tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Kəndimizin yaxınlığındakı dağətəyi olan yerli bələdiyyə torpaqlarının demək olar ki. hamısını qanunsuz olaraq 2 yüksək vəzifəli məmurların çobanları zəbt edib biz yerli sakinlərə imkan vermirlər ki, hər bir kənd sakininə aid olan 3-4 baş mal və 20-30 qoyun saxlayırıq. Bizə imkan verməyən bu məmurların hərəsinin 2000 baş qoyunu, 200 baş iribuynuzlu mal qarası vardır. Məmurlardan biri Qurbanov Yaşar Feyzi oğludur.

Deyilənə görə “Meqa Sığorta” nın Direktorlar Şurasının sədridir. Digər məmur isə Kiçik Sahibkarla iş üzrə Baş İdarədə Vergi ödəyicililəri uçotu idarəsinin rəisidir. Hər ikisi Qobustan rayonun Təklə kəndidndəndirlər. Onların mal-qoyunundan biz yerli örüşdən və bələdiyyə torpaqlarında heyvandarlıqla məşğul ola bilmirik. Bu məmurlar heç bir qanunçuluğa da əməl etmirlər. Yerimizdə gəlib at oynadan bu iri məmurlar 5000 baş heyvanlarını illər uzunu otarmaları üçün hətta icarə müqavilələri də olmayıb. Dəfələrlə biz yerli camaat adından bələdiyyə icra nümayəndəsi və polisə şikayətlər edirik. Heç bir ölçü götürülmür. Yəni qorxurlar.

Ona görə də, Cənab Prezident, Sizə müraciət etmək zorunda qalmışıq ki, biz azsaylı xalqalra qarşı zorakılıq edərək otlaq sahələrimizi qanunsuz əlimizdən alan bu məmurlara “Dəmir Yumuruq” göstərin ki, biz də rahat nəfəs alaq, öz kəndimizdə ailəmizi dolandıra bilək. Çox sağ olun".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram