Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azad Rəhimovun yerinə ONU GƏTİRİRLƏR... - İDDİA

4-05-2021, 17:52

Azad Rəhimovun yerinə ONU GƏTİRİRLƏR... - İDDİA

Xəbər verdiyimiz kimi, gənclər və idman naziri Azad Rəhimov uzun çəkən xəstəlikdən sonra mayın 1-də dünyasını dəyişib. Qeyd edək ki, onun vəfatından sonra yeni nazirin kim olacağı ilə bağlı müzakirələr başlayıb.

Bu barədə Hurriyyet.az-ı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, hazırda Azad Rəhimovun yerinə iddialı bir neçə şəxs var. Nazir müavinləri Fərhad Məcid oğlu Hacıyev, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılovun iddialı şəxslər sırasında qərarlaşdığını vurğulayan mənbə bildirib ki, artıq bununla bağlı hakimiyyətin üst eşalonunda ciddi araşdırmalara start verilib: “Bu gün Azad Rəhimovun xələfi olmaq uğrunda gərgin mübarizə başalayıb. Belə ki, gənclər və idman naziri vəzifəsinə təyinat almaq üçün hər üç nazir müavini – Fərhad Hacıyev, İntiqam Babayev və İsmayıl İsmayılov aktiv fəaliyyətdədir. Lakin onların arasında Fərhad Hacıyevin şansı daha yüksək qiymətləndirilir”.

Fərhad Hacıyevin 1980-ci ildə Sumqayıt şəhərində anadan olduğunu deyən mənbə qeyd edib ki, o, Azərbaycan Universitetinin beynəlxalq münasibətlər ixtisasının bakalavr, daha sonra magistr pilləsini, o cümlədən Azərbaycan İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini bitirib: “Həmçinin, o, 2008-ci ildə Harvard Universitetində hökümətdə çalışan yüksək rütbəli məmurlar üçün kursu bitirib. Fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnən Fərhad Hacıyev 2000-2001-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının şöbə müdiri, məclis sədri, baş katibi vəzifələrində çalışıb. 2002-2011-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində bölmə müdiri vəzifəsində, 2011-2018- ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyib. 2018-ci ildə isə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib. Gördüyünüz kimi, Fərhad Hacıyevin digər nazir müavinlərinə nisbətən gənc olması, karyerası boyunca gənclər təşkilatlarında çalışması, eyni zamanda Harvard Universitetində təhsil alması onun mərhum Azad Rəhimovun yerinə təyinat alacağını deməyə əsas verir”.

Bu arada, mənbənin iddiasına görə, yaxın vaxtlarda Gənclər və İdman Nazirliyi ləğv ediləcək: “Əslində, bu məsələ uzun müddətdir ki, gündəmdə idi, lakin Azad Rəhimovun xəstəliyi bu barədə qərarın verilməsini yubadırdı. Odur ki, qısa müddət ərzində ölkə başçısının Gənclər və İdman Nazirliyinin ləğv edilərək, əvəzində eyni adda komitənin yaradılması ilə bağlı fərmanı ola bilər. Fərhad Hacıyev isə yeni yaradılacaq komitəyə rəhbərlik edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram