Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Pensiyaçılara ödənməyən vəsait ilə bağlı - RƏSMİ AÇIQLAMA

Pensiyaçılara ödənməyən vəsait ilə bağlı - RƏSMİ AÇIQLAMA
5-05-2021, 10:43 170 dəfə baxılıb

Pensiyaçılara ödənməyən vəsait ilə bağlı - RƏSMİ AÇIQLAMA

DogruXeber.az: - Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam etdirir.
Araşdırmalar nəticəsində 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib.

Beləliklə, sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb. Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda əvvəlki üç il üçün hesablanaraq verilib.

Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir.

Beləliklə, həmin şəxslərə pensiya ödənişi müddətində əlavə olaraq 80 milyon manatdan çox vəsait ödənəcək. Hazırda da bu tipli araşdırmalar davam etdirilir.// Azerinfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram