Şirvanın "şir  ürəkli"  ”ağcaqanad”ları - // VİDEO

Hər bir insan ömründə bir dəfə də olsun vampirlərlə bağlı film izləyib və qorxu hissi yasayıb. Lakin, insanlar qorxu ilə yaşamağa məhkum olduqda zamanla qorxu hissi işgəncəyə cevrilir. Belə təcrübələri Azərbaycanın bir cox icra başcıları yaxşı bildikləri ücün vəzifə səlahiyyətlərinin qat-qat üzərinə çıxıb, xalqın xidmətçisindən xalqın “vampir”inə çevrilirlər.

Belə düşünməmizə əsas verən səbəblərdən biri olaraq, sizi Şirvan rayonunda baş verənlərin kicik bir epizodu ilə tanış edirik.
DogruXeber.az informasiya Agentliyinin redaksiyasına müraciət edən Şirvan rayon sakini, II qrup əlil Bəşirov Kazım yaşadığı acınacaqlı həyatının tablosunu gözlərimizin önünə sərdi.


Kazım kişi ömrünün ixtiyar çağındadır. Bu yaşda həyatın verdiyi yorğunluqların acısını xəfiflətmək yerinə, əksinə “həyatda qalma” mubarizəsi aparır.

Köhnə, cırıq kisəsi ilə küçə-küçə gəzib dəmir və şüşə icki bankaları toplayaraq çörək pulunu çıxarmağa çalışır. Üstəlik səhhətinin verdiyi ağır işgəncələr Kazım kişinin vəziyyətini daha da dözülməz edib. Kazım Bəşirov üzləşdiyi acınacaqlı həyatının yükünü azda olsa azaltmaq üçün dəfələrlə Şirvan rayon İcra Başçısı İlqar Abbasovun qapısını döyüb. Nə yazıq ki, sözün həqiqi mənasında ətdən divarlarla müdafiə olunan İlqar Abbasov "təhlükəli cinayətkar" hesab etdiyi Kazım kişini elə icra aparatının önündən əliboş geri döndərir. Kazım kişi əbəs yerə söyləmir ki, Şirvan rayon İcra Hakimiyyətində xidmət edən polislər yalnız öz vəzifə səlahiyyətlərini deyil, icra başçısının vəzifələrini də cavfəşanlıqla yerinə yetirməkdə maraqlıdırlar. Kazım kisinin yaşadığı ev (əlbətdə ki, ev adlandırmaq olarsa) ilin yağışlı fəsillərində ev olmaqdan çox xəlbir rolunu oynayır. Onsuzda əlillikdən əziyyət çəkən Kazım kişiyə işgəncə etmək İlqar Abbasovun “həyat zövqü”nü daha da artırır.

Əslində Kazım kişi Şirvan rayonunda haqları tapdalanmış minlərcə insanlardan biridir ki, rahat kürsüsündə zövqlə əyləşən İlqar Abbasov onların səslərini duymamaq üçün qulaqlarına “pambıq tıxayıb”.


Yəqin bu səbəbdəndir ki, Kazım Bəşirov Şirvan rayonunun məmurlarını “xalqın qanını soran ağcaqanadlar” adlandırır.

P. S: Qeyd edirik ki, B.Kazımın istəyi o qədər də böyük deyil. O sadəcə yaşadığı yararsız halda olan mənzilinin təmiri üçün İcra Hakimiyyətindən kömək istəyir.

P.S.S: “K.İ.V” haqqında qanunları rəhbər tutaraq, hər zaman olduğu kimi qarşı tərəfin də mövqeyini öyrənmək üçün Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən bütün əlaqə nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 657

Son xəbərlər

Neft ucuzlaşdı

Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək

İlin ilk Ay tutulması başlayıb

"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!

Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR... - NARAZILIQ VAR!

İcra Başçısı “Qırmızı Kitab”A Düşən Ağacları Kəsdirir

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Müharibə başlayandan Azərbaycan Ukraynaya nə satıb? - SİYAHI

BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ

Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Cavanşir Feyziyev vəzifəsindən AZAD EDİLDİ

Lukaşenko Rusiyada Putinlə görüşəcək

Gecə 13-15° isti, gündüz 23-25° isti olacaq

Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO

Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Bu sahədə çalışanların maaşı artdı

Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Azərbaycan neftinin qiyməti 117 dolları ötdü

Əgər Rusiya bizim dostumuzdursa... - Overçuk İrəvana niyə gedib?

Bütün xəbərlər