Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Onların əlindəki milyardlar dövlətin əleyhinə xərclənir” - Partiya sədri

“Onların əlindəki milyardlar dövlətin əleyhinə xərclənir” - Partiya sədri
5-05-2021, 16:35 76 dəfə baxılıb

“Onların əlindəki milyardlar dövlətin əleyhinə xərclənir” - Partiya sədri

“Ramiz Mehdiyev işdən azad edilmiş məmurları başına yığıb ikinci bir hakimiyyət yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qorxmaz Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilməsi və adı korrupsiyada hallanan digər sabiq məmurların vəzifədən çıxarıldıqdan sonra barələrində heç bir tədbir görülməməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev bildirib ki, işdən azad edilən milyarder məmurlar dövlət üçün təhlükədir:

“Təkcə Qorxmaz Hüseynova aid deyil, məmurların uzun müddət hakimiyyətdə qalması qəbuledilməzdir. Bu kadrların əksəriyyəti zaman-zaman doğru işlər görsələr də, nöqsanları da çox olub.

Məmurlar milyardları yığır, işdən çıxarılandan sonra da hakimiyyət sevdasına düşürlər. Misal üçün Eldar Mahmudov evə buraxılmamalı idi. Ramiz Mehdiyevin əlində milyardı var, onu niyə sərbəst buraxırdılar? Ramiz Mehdiyev işdən azad edilmiş məmurları başına yığıb, ikinci bir hakimiyyət yaradır.

Bunu bilmək lazımdır, gizlətmək olmaz. Biz bunu dövlət, vətən naminə deyirik. Ziya Məmmədov niyə çöldə olmalıdır? O bu dəqiqə inqilab hissi ilə boğulur. Yaxud Eldar Mahmudov… Xaricdə Azərbaycan əleyhinə nə qədər işlər varsa, hamısını o gördürür.

Alimpaşanın rayonundan deputat seçilən adam indi vəzifədədir, zamanında bunları niyə görmürdü? Prezident İlham Əliyev kadr islahatları aparır, ancaq ona maneçilik edən qüvvələr həddindən artıq çoxdur. Əldə olan milyardlar Azərbaycan dövlətinə xeyir gətirməyəcək. Gənc kadrlar da özlərini doğrultmurlar, bunu açıq demək lazımdır.

Ağstafanın icra başçısı arvadına 300 minlik maşın alıb. Neftçalanın icra başçısı şəhid ailələrini, qaziləri qəbul etmir. Dövlət başçısı deyir, gedin, xalqın içində olun, onlar da gedib xalqın düşməni olurlar. O məmurlar işdən azad ediləndən sonra azadlıqda qalmamalıdırlar. Onların əlində milyardları var. O milyardlar ölkənin əleyhinə xərclənir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram