Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti rüşvət alıb? - VİDEO

Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti rüşvət alıb? - VİDEO
6-05-2021, 14:20 87 dəfə baxılıb

Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti rüşvət alıb? - VİDEO

DogruXeber.az: - Bütün dünyada, eyni zamanda Azərbaycanda pandemiyanın tüğyan etdiyi bir vaxtda, bəzi yüksək rütbəli məmurlar mövcud vəziyyətdən və vəzifə səlahiyyətlərindən sui istifadə edərək, qanunları kobud şəkildə pozurlar.

Belə hallardan biri də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı hərbi Hosbitalda qeydə alınıb. Kanal32.az xəbər verir ki, dunyaninsesi.az saytına müraciət edən Gəncə şəhər sakini Məmmədova Günay Zakir qızı iddia edir ki, sözügedən hospitalın rəisi polkovnik-leytenant Hüseyn Qaçayev tutduğu vəzifədən sui-istifadə edərək, qanunlara məhəl qoymur, öz istədiyi kimi hərkət edir və onun əmək hüquqlarını pozur. Daha doğrusu pozub. Belə ki, hospital rəisi Hüseyn Qaçayev bir müddət öncə 1500 AZN “hörmət” qarşılığında işə qəbul etdiyi kiçik tibb bacısı Məmmədova Günay Zakir qızını işdən çıxması üçün ərizə yazdırmağa məcbur edib. Bu iddia ilə tibb bacısı özü çıxış edib.

Şikayətçi bildirib ki, hospital rəisi onu 1500 AZN “hörmət” müqabilində işə götürüb. Buna baxmayaraq bu yaxın günlərdə onu qəzəbinə tüş gəlib. Rəisi onu gözümçıxıdıya salaraq öz xoşu ilə işdən azad edilməsi haqqında ərizə yazımağa məcbur edib.Kiçik tibb bacısı Hüseyn Qaçayevə himayəsində iki azyaşlı övladının olmasını desə də, rəis azyaşlı körpə övladları olan ananın göz yaşlarına məhəl qoymayaraq onu Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndini əsas götürərək işdən azad edib. Əslində hospital rəisi bu hərəkətləri ilə həm də Ali Baş Komandan İlham Əliyevin pandemiya dövüründə işdən çıxarılma ilə bağlı sərəncam və tapşırıqlarını kobud sürətdə pozub.

Hüquqları pozulduğunu deyən Gəncə sakini mətubat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident,hörmətli Mehriban xanımıma üz tutuaraq ona qarşı ədaltsiz qərar vermiş hərbi hissə komandiri haqqında qanuna müvafiq olarq ölçü götürülməsinə göstəriş vermələrini xahiş edir.

İşdən azad olunan kiçik tibb bacısının prezidentə ünvanladığı videomüraciəti təqdim edirik:



Görünüən odur ki, bəzi məmurlar yüksək vəzifələrdə işləyərkən dövlətin onlara etibar etdiyi səlahiyyətlərdən sui-istifadə edərək, xalqla dövlət arasında uçurum yaradır. Belə halların nəticəsidir ki,sadə insanlarda məmurlara qarşı istehza və nifrət hissləri hər ötən gün güclənir.

Qeyd edək ki, hospiatal rəisinin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Ancaq bütün hallarda hospital rəisi Hüseyn Qaçayevin mövqeyini dərc etməyə hazırıq. /dünyanınsəsi/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram