Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib - İDDİA

Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib - İDDİA
6-05-2021, 14:23 137 dəfə baxılıb

Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib - İDDİA

DogruXeber.az.

DTX-nın Daşkəsəndə keçirdiyi əməliyyatın istintaqı davam edir.

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.

Hürriyyətin əldə etdiyi məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.

Qeyd edək ki, “Hürriyyət”in əldə etdiyi məlumata görə, Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır. Ehtimala görə, qanunsuz olaraq işbazlara satılan torpaq sahələri birbaşa Daşkəsənin icra başçısı Əhəd Abıyevin vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram