Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? - "Tədbirə qatılmışam"

Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? -
6-05-2021, 17:50 96 dəfə baxılıb

Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? - "Tədbirə qatılmışam"

DogruXeber.az: - Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev barəsində yayılan məlumatlara münasibət bildirib.

Ə.Abıyev Pravda.az-a açıqlamasında deyib ki, hazırda iş başındadır.

İcra başçısı yayılan məlumatların doğru olmadığını bildirib: “Gəncədə tədbirə qatılmışam. Ona görə rayonu tərk etmişəm. Yeni zavodun inşası ilə bağlı müzakirələr aparılır. Sentyabrda Daşkəsəndə böyük zavod tikiləcək. Yaponiya da dəstək verəcək. Çalışırıq ki, işsizlik aradan qaldırılsın, nə edim bəs?!”

Ə.Abıyev torpaq alqı-satqısında adının hallanmasına da münasibət bildirib: “Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyevlə Gəncə sakini arasında torpaq alqı-satqısı olub. Burada qanunauyğunluq pozulub. Vətəndaş da prokurorluğa şikayət edib, yoxlama aparılıb. Hazırda iş məhkəmədədir. Rasim Allahverdiyev də həbs edilib. Mübahisəli məsələdir, məhkəmə baxır. Hadisə 2007-ci ildə olub. Həmin vaxt da rayon icra hakimiyyətinin başçısı mən olmamışam. Ona görə də mənə aidiyyatı yoxdur. Adımı hallandırırlar, mənə nə dəxli var? Yazını yazan əvvəlcə araşdırmalıdır...”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram