Azərbaycanda DƏHŞƏT: icra başçısının imarətində asılmış meyit aşkarlandı






Anar Tağıyevin villasında baş verən müəmmalı ölüm işi ilə bağlı çoxsaylı suallar var
Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Redaksiyamıza daxil olan məlumata görə icra başçı hüquq mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.
Müəmmalı ölüm işi ilə bağlı ortada xeyli suallar var. Ruslan Səmədovun özünü asması və ya öldürüldükdən sonra asılması da aydınlaşdırılmalı suallar sırasındadır.
“Yeni Müsavat”ın əməkdaşı müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə sorğu ilə müraciət edib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır. Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib. Xəzər Rayon Prokurorluğunun Ruslan Səmədovun müəmmalı ölümü ilə bağlı cinayət işi başlamağa tələsməməsi də cinayətin özü qədər müəmmalıdır. Bunun imarət sahibinin tutduğu vəzifə ilə əlaqəsinin olub-olmaması aydın deyil.
Azərbaycanda DƏHŞƏT: icra başçısının imarətində asılmış meyit aşkarlandı
























Anar Tağıyev
Adətən asılmış vəziyyətdə meyit aşkar ediləndən 2-3 saat sonra faktla bağlı Cinayət Məcəlləsinin 125-ci–özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanır. Fakt ortadadır: icra başçısının imarətində gənc bir insanın asılmış meyiti aşkar edilib, prokurorluq isə sanki bir tərəddüd içindədir. Ruslan Səmədovun meyiti vəzifə daşıyıcısı Anar Tağıyevin imarətində deyil, sıradan bir vətəndaşın həyətində aşkar edilsə idi, Xəzər Prokurorluğu eyni mövqeni sərgiləyərdi? Cinayət işi başlayıb məmmalara aydınlıq gətirmək əvəzinə, gözləmə mövqeyi tutardı?
Yada salaq ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. A.Tağıyev Yevlaxın icra başçısı təyin olunana qədər Nəsimi icra başçısının müavini vəzifəsində çalışıb.
Mövzuya qayıdacağıq.
Elşən MƏMMƏDƏLIYEV


Oxunub: 245

Son xəbərlər

Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək

İlin ilk Ay tutulması başlayıb

"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!

Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR... - NARAZILIQ VAR!

İcra Başçısı “Qırmızı Kitab”A Düşən Ağacları Kəsdirir

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Müharibə başlayandan Azərbaycan Ukraynaya nə satıb? - SİYAHI

BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ

Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Cavanşir Feyziyev vəzifəsindən AZAD EDİLDİ

Lukaşenko Rusiyada Putinlə görüşəcək

Gecə 13-15° isti, gündüz 23-25° isti olacaq

Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO

Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Bu sahədə çalışanların maaşı artdı

Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Azərbaycan neftinin qiyməti 117 dolları ötdü

Əgər Rusiya bizim dostumuzdursa... - Overçuk İrəvana niyə gedib?

Ölkədən qaçan sabiq aparat rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT

Bütün xəbərlər